IQNA

Liviyada Quranın əzbərlənməsi və qiraəti üzrə beynəlxalq müsabiqə başlayıb

10:59 - June 14, 2022
Xəbər sayı: 3492398
Benqazidə 40 ölkədən nümayəndənin iştirakı ilə 10-cu Beynəlxalq Liviya Qurani-Kərimi Hifz və Qiraət Müsabiqəsi başlayıb.

İQNA, "Liviya xəbərləri"-nə istinadən xəbər verir ki, bazar günü (12 iyun) 40 ərəb və islam ölkəsinin iştirakı ilə 10-cu Beynəlxalq Liviya Qurani-Kərimi Hifz və Qiraət Müsabiqəsi başlayıb.

Liviyanın Benqazi şəhərindəki Yaradıcılığın İnkişafı Mərkəzində 40 ölkədən nümayəndə və Liviyadan bir iştirakçının iştirak etdiyi müsabiqə başlayıb.

Liviya, ərəb-islam ölkələri arasında Qurani-Kərimin ən çox hafizləri olan ölkələrdən  biridir. Liviyada bir milyon Quran hafizi olduğunu yəqin ki, az adam bilir. Bu ölkədə Quran hafizlərinin sayı əhalinin beşdə birini təşkil edir. Quran hafizləri universitet məzunu sayılır və təqaüd alırlar.

4064084

captcha