IQNA

İraqın Quran üzrə istedadlı şəxslərinin yarışının 13-cü dövrəsi keçiriləcək

11:18 - June 15, 2022
Xəbər sayı: 3492407
İraqın Quran üzrə istedadlı şəxslərinin Milli Müsabiqəsinin 13-cü dövrəsi Kufənin Məscidi-Əzəmində keçiriləcək. Bu yarışın qalibləri ölkəni beynəlxalq yarışlarda təmsil etmək üçün təqdim olunacaqlar.

"İQNA", İraqdan xəbər verir ki, İraq Şiə Vəqfinin Milli Quran Elmləri Mərkəzi Kufənin Məscidi-Əzəmində Quran üzrə istedadlı şəxslərin arasında Qurani-Kərimin hifzi və qiraəti üzrə 13-cü milli müsabiqənin keçiriləcəyini elan edib.

Bu yarışlar üç gün ərzində iyunun 16-dan 18-dək Kufənin Məscidi-Əzəmində keçiriləcək.

Qeyd edək ki, bu müsabiqənin qalibləri rütbələrinə və İraq rəsmiləri tərəfindən alınan dəvətlərə uyğun olaraq gələcəkdə beynəlxalq Qurani-Kərim yarışmasında iştirak etmək üçün Şiə Vəqf Divanı vasitəsilə təqdim olunacaqlar.

4064173

captcha