IQNA

Kiminlə evlənməməliyik?

18:24 - June 16, 2022
Xəbər sayı: 3492414
Allah Qurani-Kərimdə möminləri kafir kişi və qadınlarla evlənməkdən çəkindirir. Evliliyin növü və həyat yoldaşı seçimi o ailənin xeyir və ya şər üzərində qurulmasını istədiyini müəyyən edir.

"İQNA", xəbər verir ki, Beynəlxalq Əl-Mustafa (s) Universitetinin elmi heyətinin üzvü Məhəmməd Əli Mirzai "Ayələr və Həyat" mühazirəsində deyib: Mütəal Allah Quranda buyurur: "Allaha şərik qərar verən (Onu inkar edən) qadınlar imana gəlməyincə onlarla evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz müşrik bir qadından daha yaxşıdır. Həmçinin müşrik kişilər Allaha iman gətirməyənə qədər mömin qadınları (onlara) arvadlığa verməyin! Əlbəttə, Allaha iman gətirən bir kölə, xoşunuza gəlsə belə, müşrik bir kişidən daha xeyirlidir. Onlar (müşrik qadınlar və kişilər) sizi Cəhənnəmə çağırdıqları halda, Allah sizi Öz izni ilə Cənnətə, məğfirətə (bağışlanmağa) çağırır və yaxşı düşünüb ibrət almaları üçün insanlara hökmlərini aydınlaşdırır". (Bəqərə, ayə 221).

Bu uzun ayədə onlarla dərin mənalı məqamlar var ki, onlardan biri də Allahın ailə qurmaq və həyat yoldaşı seçmək məsələsini nəzərdən keçirməyə dəvət etməsidir. Allah möminlərdən evlərini və ailələrini iman üzərində qurmalarını tələb edir. Evliliyin növü və həyat yoldaşının seçimi ailənin yaxşı, yoxsa pis niyyət və ya şər üzərində qurulmasını istədiyini müəyyən edir. Ailə insan tərbiyəsinin mərkəzidir və qadın ailənin xoşbəxtliyində, inkişafında və agah olmasında çox mühüm rol oynayır.

Eyni zamanda, təəssüf ki, bir çox insanların gözəllik, var-dövlət, vəzifə kimi görünüşlərə aldandığını görürük. Bilmirlər ki, imansız qadının var etmək istədiyi ev, ailə sağlam və insani tərbiyənin mərkəzi olmayacaq. Məhz buna görə də Allah bu ayədə kişi və qadınların saleh ailə qurmaq üçün iman sahibi olmalarını vurğulayır. Həmçinin qadın və kişilərdən bütün şirk elementlərini və iman zəifliyini ailədən çıxarmalarını istəyir. Hər bir insan son nəticədə öz inancına uyğun davranır. Əgər inanc qeyri-sağlam və fasid olarsa, davranış da fasid olar. Kişi və qadının davranışı fasid olarsa, ailənin bünövrəsi dağılar. Həmçinin layiqli və saleh insan yetişdirmək üçün bütün fürsətlər əldən gedir.

4043331

Teqlər: evlilik ، İman ، şirk ، ailə ، qadın
captcha