IQNA

Quran əzbərləmə mərkəzlərinə qoyulan məhdudiyyətlərə etiraz olunur

10:35 - June 19, 2022
Xəbər sayı: 3492424
İordaniyalı fəallar hökumətin ölkədəki Qurani-Kərimin hifzi mərkəzlərinə qoyduğu məhdudiyyətlərə etiraz olaraq sosial media kampaniyasına başlayıblar.

"İQNA", "Joe 24"-ə istinadən xəbər verir ki, iordaniyalı fəallar hökumətin ölkədəki Qurani-Kərimin hifz mərkəzləri və İslam mərkəzlərinə qoyduğu şərtlərə etirazlarını bildirmək üçün sosial şəbəkələrdə kampaniyaya başlayıblar.

Bu şərtlərdən biri də Quran mərkəzlərinin iş vaxtının azaldılması və onların idarə olunması üçün şəraitin müəyyən edilməsi və Vəqflər və İslam İşləri Nazirliyi tərəfindən müəllimlərin imtahanının keçirilməsidir.

Fəallar və islami birlik və mərkəzlərə yaxın şəxslər gənclərin maarifləndirilməsində, Qurani-Kərimin əzbərlənməsində böyük rol oynayan birliklərin şəraitini nəzərə aldıqda, bu şərtləri qeyri-mümkün hesab edirlər.

4064516

Ad:
E-poçt:
* Comment:
* :