IQNA

9:24 - June 20, 2022
Xəbər sayı: 3492430

Mavritaniyada Peyğəmbərə (s) dəstək aksiyası keçirilib

Mavritaniyalı etirazçılar Peyğəmbəri təhqir etdiyi üçün Mavritaniyanın Hindistanla əlaqələrini dayandırmağa çağırıblar.

Mavritaniyada Peyğəmbərə (s) dəstək aksiyası keçirilib

"İQNA", "Əl-əxbar"-a istinadən xəbər verir ki, onlarla Mavritaniyalı bu gün Rəsuli-Əkrəmə (s) dəstək aksiyasında Hindistanın bu yaxınlarda Peyğəmbəri (s) təhqir etməsinə cavab olaraq Mavritaniya hökumətini Hindistanla əlaqələri kəsməyə çağırıb.

Mavritaniyanın Nuakşot şəhərinin mərkəzindəki Böyük Məscidin qarşısında etiraz yürüşü keçirilib. Onlar Hindistanın Nuakşotdakı səfirliyinin müvəqqəti işlər vəkilinin işdən çıxarılmasını tələb edən şüarlar səsləndiriblər.

Etirazçılar təzyiq və məcburiyyətə baxmayaraq ayağa qalxaraq küçələrə axışaraq təhqiramiz ifadələri pisləyən Hindistanın müsəlman azlığını tərifləyiblər.

4065083

captcha