IQNA

Quranın Malay dilinə yeni tərcüməsinin təqdimatı olub

10:50 - June 21, 2022
Xəbər sayı: 3492437
Malayziyanın Kuala-Lumpur şəhərindəki Beynəlxalq İslam Universitetində Səudiyyə Ərəbistanı səfirinin iştirak etdiyi mərasimdə Qurani-Kərimin Malay dilinə yeni tərcüməsi təqdim olunub.

"İQNA", "Ər-Riyad"-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Malayziyadakı səfiri Mahmud ibn Hüseyn Qatan bir mərasimdə iştirak edərək Qurani-Kərimin Malay dilinə tərcüməsini təqdim edib.

Səudiyyə Ərəbistanı Kral Quran Fəhd Çap Dərnəyi tərəfindən nəşr edilən bu Quran tərcüməsinin təqdimat mərasimi Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindəki Beynəlxalq İslam Universitetində universitetin rəhbəri Davud Bəkrin iştirakı ilə keçirilib.

4065167

Ad:
E-poçt:
* Comment:
* :