IQNA

Hicab qadağası ilə hindli müsəlman qızların təhsil arzusu bitib

10:10 - June 26, 2022
Xəbər sayı: 3492459
Karnataka əyalətində yaşayan bir çox hindistanlı müsəlman qız imtahan verməkdən imtina ediblər. Çünki təhsil müəssisələri onların hicab geyinməsinə icazə vermir.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, Hindistanın cənubundakı Karnataka əyalətindən olan 18 yaşlı Afiyə aylarca 12-ci sinif imtahanını, sonra isə tibb kollecinə qəbul olmaq üçün imtahan vermək üçün gecə-gündüz çalışırdı.

 Amma o, imtahanda iştirak edə bilmədi. Çünki məktəb onun imtahan salonuna hicabla daxil olmasına icazə vermirdi.

Martın 15-də Karnataka Ali Məhkəməsi təhsil müəssisələrinin təhsil müəssisələrində hicab taxmağa qoyduğu qadağanı təsdiq etdikdən sonra bir çox müsəlman qız tələbə ya imtahan verməkdən imtina edib, ya da təhsilini davam etdirmək üçün alternativ yollar tapıb.

4066274

Ad:
E-poçt:
* Comment:
* :