IQNA

Allahın ruzi verməsi haqqında iki məqam

11:18 - June 29, 2022
Xəbər sayı: 3492477
Allahın sifətlərindən biri də rəzzaq (ruzi verəndir). Bütün varlıqları Allah yaratdığı və onları xüsusi və məqsədyönlü plan əsasında yaratdığı üçün onların ehtiyacları haqqında da düşünər. Amma bəzən şeytanın vəsvəsələri insanı belə düşünməyə vadar edir ki, Allah öz məxluqlarını unudub.

"İQNA", Xuzistandan xəbər verir ki, Höccətül-islam vəl-müslimin Rza Heydəri Allahın ruzi verməsi haqqında iki məqama toxunub:

Hud surəsinin altıncı ayəsində Allah buyurur: "Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların (ata belindəki, ana bətnindəki və ya dünyadakı) sığınacaqlarını da, əmanət qoyulacaq (ölüb dəfn ediləcək) yerlərini də bilir. (Bunların) hamısı açıq-aşkar kitabdadır (lövhi-məhfuzdadır)". Yəni Allah onun ruzisini təmin etməlidir. Allah həm yaşadıqları yeri, həm daimi yerlərini və həm də hərəkətini bilir. Harada olursa olsun, ruzisini ona çatdırır. Bütün bu həqiqətlər Allahın elmi olan aşkar kitabda qeyd edilmişdir.

Allahın kainatdakı məxluqlara ruzi verməsi heyrət doğurur. Ana bətnində yeyən döldən tutmuş, yerin qaranlıq dərinliklərində olan həşəratlara və ya ağacların altında, dağlarda və ya dərələrin dibində qıvrılıb yuvalarda yaşayan canlılar ruzi yeyirlər və Allahın elmindən gizli deyillər. Allah onların yerini bilir və yolda və ya yaşadıqları yerdə onlara ruzi verir.

Amma bu barədə iki şeyi nəzərə almalıyıq. Birinci məqam ondan ibarətdir ki, insan çörək qazanmaq üçün zülmə və cinayətə əl atmamalıdır. Bəzən şeytan öz hiylələri və vəsvəsələri ilə insanlara yoxsulluq və çətinlik qorxusu aşılayır. Bu bəhanə ilə insanı günaha sürükləyir. Odur ki, insan bu vəsvəsələrdən çəkinməli və düzgün yollarla çörək qazanmalıdır.

İkinci məqam budur ki, ayə və hədislərə əsasən, Allah bəndələrinə ruzi verir. Bir şərtlə ki, insanlar özləri də çalışsınlar. Bu şərti yerinə yetirməsək, ruzimiz əldən gedəcək.

Ona görə də, çalışmadan ruzimizin Allahın öhdəsinə olduğunu söyləmək düzgün deyil. Allahın bizə ruzi verə bilməyəcəyini və ya problemlərimizdən xəbərsiz olduğunu və ya onları həll etmək qabiliyyətinə malik olmadığını, özümüzü təmin etmək üçün hər hansı bir şey, hətta yanlış işlər görməli olduğumuzu düşünmək də yanlışdır.

3966902

Teqlər: َAllah ، Rəzzaq ، ruzi ، kainat ، məxluq
Ad:
E-poçt:
* Comment:
captcha