IQNA

Qeybətin həqiqəti

13:39 - July 01, 2022
Xəbər sayı: 3492484
Qurani-Kərim əxlaqi davranışlara xüsusi diqqət yetirir. Misal olaraq, qeybəti (bir şəxsin yoxluğunda barəsində pis danışmaq) çirkin əməllərdən saymış və bu haqda qəribə ibarətlər irəli sürmüşdür.

"İQNA" xəbər verir ki, Əhvaz elmi hövzəsinin ustadı Höccətül-islam Rza Heydəri, Qeybətin həqiqəti barədə belə deyib:

Hücürat surəsinin 12-ci ayəsində buyurulur: "Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır".

Təxmin etmək və kimisə qabaqcadan mühakimə etmək gələcəkdə pis hadisələrə səbəb olacaq və bu, sadəcə ürəyin sadə bir təxmini deyil.

Kiminsə haqqında pis bir şübhə yarandıqda və ya mühakimə edildikdə, onun ardınca insanlar haqqında casusluq etməyə maraq yaranır. Bu halda onların çirkinlikləri və qüsurları aşkar olur. Aşkar olduğu zaman onu qrup və ya məlumatı olmayan şəxslər içərisində nəql edirlər və bu, qeybətdir.

Buna görə də Hücarat surəsinin 12-ci ayəsinin davamında əlavə edir: "(Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın!". Casusluq insanların işlərini öyrənməyə çalışmaq deməkdir. Halbuki bu işlərin bizə heç bir aidiyyatı yoxdur.

Həmçinin həmin ayənin davamında buyurulur: "Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar".

Quranın kiminsə qeybətini etməyi qardaşının ətini yemək kimi şərh etməsinin mənası budur ki, sən kiminsə ki, qeybətini edirsən, o, orada deyil ki, özünü müdafiə etsin. Buna görə də, bir ət parçası qoparılan bir ölüyə bənzəyir. Çünki ölüdən qoparılan ət parçasının yerinə yeni bir ət çıxmayacaq. Deməli, ölü əti yemək nə qədər pisdirsə, qeybət də bir o qədər pisdir.

3970396

captcha