IQNA

8:06 - July 13, 2022
Xəbər sayı: 3492545

Almaniyada hicablı qadına hörmətsizlik edilib

Berlində bir alman müsəlmanlara qarşı zorakılıq nümayiş etdirərək müsəlman qadının hicabını çıxarıb və onu döyüb.

Almaniyada hicablı qadına hörmətsizlik edilib

"İQNA", "Əş-şuruq"-a istinadən xəbər verir ki, Almaniyada müsəlmanlara qarşı daha bir zorakılıq hadisəsində ölkənin paytaxtı Berlində hicablı qadına təzyiq göstərilib.

"Spiegel" qəzetinin məlumatına görə, 37 yaşlı təcavüzkar 39 yaşlı müsəlman qadının yaylığını cırıb, daha sonra başını və bədəninin yuxarı hissəsini yaralayıb.

Bu qəzet bu hörmətsizliyin Viçenza bölgəsindəki bir restoranda baş verdiyini açıqlayıb.

4070387

 

captcha