IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, 33 yaşlı Amanda Saab “MasterChef” (“ABŞ-ın ən yaxşı aşpazı”) şousuna hələ 2015-ci ildə qatılıb.
2015-ci ildə o, yarışı tez tərk etməli olsa da, bununla belə, o, şounun ilk hicablı iştirakçısı olmuşdu.
Bu dəfə isə yenidən verilişdə iştirak edərək teleşounun 10 ən yaxşı apazı sırasına daxil ola bilib.
“Mən əvvəlcə tərəddüd edirdim ki, yenidən iştirak edib ya yox. (Verilişdə iştirak səbəbilə) qızımdan uzun müddət ayrı düşməyim asan deyildi, lakin nəticədə ailəm məni həvəsləndirdi və bu qərarımda mənə dəstək verdi“, – deyə xanım Saab bildirib.
O əlavə edib ki, gələcəkdə restoran sahəsində biznes qurmağı arzulayır.