"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, bu məktəblərdə Əbdül-Əziz Salamə, Qurani-Kərimin yazılması və əzbərlənməsinin sadə və yerli üsulları ilə tanış olub. Həmçinin Quran öyrənənlərlə yaxından ünsiyyətdə olub.
O, Çadın paytaxtı "Əncəmna" şəhərindəki məktəblərin birində oranın şeyxi, müəllimi və Quran öyrənən tələbələrilə söhbət edib.
Salamənin səfəri zamanı məktəbdə iştirak edən ustad şagirdlərə əzbəri öyrətmək üçün istifadə olunan alətləri və bu işin keçmişdə çox yayılmış sadə və ənənəvi üsulunu izah edib.
Bu məktəblərdə şagirdlər Quranı öyrənmək üçün taxta lövhələrdən istifadə edir. Mürəkkəbi yerli ilkin materiallardan hazırlanmış qələmlə lövhəyə Quran yazır və onu əzbərləyir, ayələri silmək üçün sudan istifadə edirlər. Yeni ayələri əzbərləmək üçün yenidən lövhəyə yazırlar.
Mürəkkəb yandırılmış ağacdan alınır, odun kömürünə çevrildikdən sonra üyüdülür və su ilə qarışdırılaraq mürəkkəb yaranır və onunla ayələr yazılır.
Taxta lövhəyə yazı da qarğıdalı sapı, qamış və xəttatlıq üçün uyğun olan digər bitkilərdən hazırlanmış qələmlə aparılır.
4070249