IQNA

Zambiyada Qədir-Xum bayramı keçirilib

9:21 - July 20, 2022
Xəbər sayı: 3492582
Zambiyada yaşayan bir qrup vətəndaş və müxtəlif millətlərdən olan insanlar Zambiya İslam Mərkəzinin iclas zalında iştirak edərək Əmirəlmöminin Əlinin (ə) vilayət bayramını qeyd ediblər.

"İQNA", Zambiyadan xəbər verir ki, Zambiyada Qədir-Xum bayramı iyulun 18-də bazar günü axşam bu ölkənin paytaxtı Lusakada yerləşən Zambiya İslam Mərkəzində keçirilib.

Bu mərasimə əvvəlki illərlə müqayisədə daha çox insan qatılıb. Mərasimdə Zambiya vətəndaşları ilə yanaşı, Hindistan, Pakistan, Livan, İran və bəzi Afrika ölkələrindən olan Zambiyada yaşayan insanlar iştirak ediblər.

Bu mərasimdə müxtəlif millətlərdən olan məddahlar Əmirəlmöminin (ə) fəzilətlərini zikr ediblər. Şagirdlər surud oxuyublar.

Bu mərasimin çıxışını Zambiya İslam Mərkəzinin direktoru Höccətül-İslam Seyyid Möhsin Musəvizadə edib.

Bu mərasimdə müxtəlif müsabiqələr və proqramlar keçirilib. Müsabiqənin qaliblərindən olan İslam məktəbinin zambiyalı tələbəsinə Kərbəlaya gediş-gəliş üçün xüsusi mükafat da verilib. Hindistanlı bir xeyriyyəçi bi mükafatın xərcini verib.

4071872

 

captcha