IQNA

Şarcə şəhərində BƏƏ-li xəttatın Quran və hədis sərgisi açılıb

9:23 - July 25, 2022
Xəbər sayı: 3492606
Şarcə Ərəb Mədəniyyəti Klubunda BƏƏ-li xəttat Şəhab Əl-Kəbinin xəttatlıq əsərlərindən ibarət sərgi açılıb.

"İQNA", "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, bu sərgidə akril mürəkkəb və klassik ərəb xətləri ilə kətan üzərində 20 xəttatlıq rəsmləri nümayiş etdirilib.

Şarcə Ərəb Mədəniyyət Klubunun sərgi və bədii fəaliyyətinin rəhbəri Xəlifə Əl-Şeymi deyib: "Bu sərgi xəttatları həvəsləndirmək, onların əsərlərini ictimaiyyətə təqdim etmək imkanı yaratmaq və xüsusən də ərəb xəttatlığı sahəsində bədii fəaliyyətə dəstək vermək məqsədi ilə keçirilib.

Bu xəbərə görə, sərgilənən əsərlər Şəhab Əl-Kəbinin hisslərini və Peyğəmbərə (s) olan sevgi və bağlılığını ifadə edir. Bundan əvvəl o, Həzrət Peyğəmbəri (s) mədh edən bir şer divanı nəşr etdirmişdir. Sərginin panellərində bu Divandan bir sıra beytlər və Peyğəmbərin (s) əxlaqi fəzilətləri və şəxsiyyət ölçüləri ilə bağlı Quran ayələri yer alıb.

4072926

captcha