IQNA

Liviya hökuməti üç Quran hafizinin ölümü ilə əlaqədar başsağlığı mesajı verib

19:09 - July 28, 2022
Xəbər sayı: 3492628
Liviyada Quranı bütövlükdə əzbərləyən üç yeniyetmənin ölümündən sonra bu ölkənin Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Əl-Dəbibə bu ürəkağrıdan hadisəyə görə başsağlığı verib.

"İQNA", "Akhbar Libya"-ya istinadən xəbər verir ki, Liviyanın Misrata şəhərində baş verən ürəkağrıdan yol qəzasından sonra bu ölkənin gənc Quran hafizlərindən üçü Allahın rəhmətinə qovuşub.

Milli Birlik Hökumətinin Baş Naziri Əbdür-Rəhman Əl-Dəbibə virtual məkanda bir mesaj yayımlayaraq, Quranı hafizi olan bu üç gəncin vəfatı ilə əlaqədar ailələrinə başsağlığı verib. Uca Allahdan onları cənnətdə yerləşdirməsini istəyib.

O, Əraf surəsinin 170-ci ayəsinə də işarə etmişdir ki, Allah buyurur: "Kitabdan yapışıb namazı bərpa edənlər, bilsinlər ki, Biz əməlisalehlərin mükafatını aradan aparmayacayıq".

4074068

captcha