"İQNA", Höccətül-İslam Möhsin Ədib Behruzla Həccin mənəviyyatını qorumaq barədə müsahibə aparıb ki, onu diqqətinizə çatdırırıq.
Zilhiccə ayının son günlərində və Beytül-Həramda dini ayinlərin başa çatması ilə zəvvarlar vətənlərinə qayıdıblar. Çox vaxt düşünürlər ki, Həcc ziyarətində qazanılan mənəviyyatı həccdən sonra və normal həyatlarında necə qoruyub saxlaya bilərlər?
Bu sualın cavabını Ənam surəsinin 160-cı ayəsinə əsasən başa düşmək olar: "Kim yaxşı bir iş gətirsə, həmin şəxs üçün onun on qat savabı vardır və kim pis bir iş gətirsə, yalnız onunla cəzalandırılacaqdır. Onlara zülm olunmayacaqdır". Ayənin mənası budur ki, bir əməl ilahi sistemdə qalıcı müsbət təsirlərə malik ola bilər.
Allah həmçinin buyurur: "Hər kəs yaxşı əməllə gəlsə, (əvəzində) daha yaxşı (mükafat) onundur (onu gözləyir). Onlar həmin gün qorxu və dəhşətdən amandadırlar" (Nəml, 89). Bu ayə ilahi sistemdə təsiri Qiyamətə qədər qalacaq bir əməlin nəzərə alındığını göstərir. Yəni hacı olub, namaz qılıb, oruc tutmuşamsa və s, amma bu əməllərin təsiri qiyamət gününə qədər qalmamış və müxtəlif amillərə görə (çox vaxt belə olur) məhv olubsa, axirət dünyasında əli boşam. Məni namaz qılan, həcc edən və sair hesab etmirlər. Çünki yanımda əməlin heç bir təsiri yoxdur.
Həcc son dərəcə təsirlidir və Allahın qüdrəti və lütfü ilə insanda elə bir təsir yaradır ki, onun əvəzedilməz olduğunu əminliklə söyləmək olar.
Bəs biz hardan bilək ki, bizim həcmimiz qəbul edilib? Həccin ən mühüm təsiri Hacının günaha nifrət etməsidir. Bir zəvvar həcc əməlini düzgün və xalis yerinə yetirməyə müvəffəq olduqda və onun həcci başa çatdıqda hacı üçün sadə bir işarə görünəcək ki, onun həccinin nəticəsinin nə olduğunu başa düşsün. O sadə əlamət odur ki, adi bir insan olsa belə, onda günah etmək həvəsi yox olur. Yalan danışmaq, qeybət etmək və böhtan atmaq həvəsi olmur.
Əgər həcc düzgün yerinə yetirilərsə, Allah evində artan bu nemət, vacibatlara ciddi riayət etməklə, müstəhəbb əməlləri yerinə yetirməklə və iyrənc əməlləri tərk etməklə insanda daimi olaraq qalacaq və zəvvar bu nemətlə evinə qayıdacaq.
Həccdən sonra necə azmamaq olar?
Günaha nifrət etmək kimi böyük neməti saxlamaq üçün dörd sadə yol var. Birinci həll yolu, həccin xoş və şirin xatirələrini xatırlayaraq Allahla olmaq, Allahı sevmək istəyini yenidən yaratmaqdır. Xatirələri nəzərdən keçirmək insanlara Allahla birlikdə olmağın və Allahla münasibət qurmağın sevincini parlaq şəkildə xatırladır.
İkinci həll yolu isə həccin mənəviyyatını qorumaq üçün həcc yoldaşları ilə əlaqə saxlamaqdır. Qrup yaradıb və qrupun mənəvi proqramlarını izləməkdir.
Bəndə olmağın sevinci
Üçüncü əməl həccin mənəviyyatını qorumaq üçün çox vacibdir. O da budur ki, Allah Hacıya bəndəlik ləzzətini dadızdırmaq istəyir. Peyğəmbərlərin ən mühüm xüsusiyyəti onların "Allahın bəndəsi" olmalarıdır. Rəsul Xatəmin (s) ən mühüm imtiyazı odur ki, o, bütün məxluqatın içərisində ən üstün quludur. Bu, səbəb ilub ki, bu bənzərsiz insan bütün kainatda bənzərsiz qalsın.
Müntəzəm dəstəmaz almaq, gecələr oyanıb namaz qılmaq, ailəyə məhəbbət göstərmək, yaxınların problemlərini həll etmək, yalan danışmamaq və s. həccdən yaranan mənəviyyatın sabitləşməsinə kömək edən əməllərdəndir.
Digər bir addım çirkin işlərdən çəkinməkdir. İnsan diqqətli olmalı, haram yeməkdən, haram deməkdən, haramı görməkdən və eşitməkdən çəkinməlidir.
4072033