IQNA

İnsanın yaradılış aləmində dəyəri və məqamı

8:28 - August 02, 2022
Xəbər sayı: 3492654
Quran baxımından insan ağıl və hikmətlə digər məxluqlardan üstün olan bir məxluqdur. Bu xüsusiyyət digər xüsusiyyətlərlə birlikdə insanın yer üzündə Allahın canişini seçilməsinə səbəb olmuşdur.

Qurani-Kərimdə buyurulduğu kimi, insanın quruluşu yaradılışın ən gözəl quruluşudur: “Həqiqətən, Biz insanı ən gözəl bir biçimdə yaratdıq” (Tin, 4). Bu varlıq böyük tutum və istedada malikdir və sonsuzluğa çatmaq istəyir.

Qurana görə, insan elə bir məxluqdur ki, Allah Öz ruhundan ona üfürmüşdür. Allah kainatın digər məxluqlarını onun üçün və onun idarəsi altında yaratmışdır ki, onlardan istifadə edib öz tərəqqisinə nail ola bilsin.

Bütün bunlar onu göstərir ki, insanın zati ləyaqət və fəziləti vardır. Bu ləyaqət onun insanlığıdır. Bu qabiliyyət bütün insanlarda mövcuddur. İnsanın bu qabiliyyəti dərk etməsi və onun çiçəklənməsi üçün çalışması kifayətdir.

Quran əql və təfəkkürün yetişdirilməsini insanı formalaşdıran amil və ünsürlərdən biri hesab edir. Çünki insan öz əqli və təfəkkürünün düzgün inkişaf etdirilməsi və ondan yaradılışın məqsədinə uyğun şəkildə istifadə etməsi ilə xoşbəxt həyat sürə bilər. Çünki insanın varlığında bütün arzu və istəklər vardır ki, onların hər biri öz xoşbəxtliyinə və tərəqqisinə nail olmaqda mühüm rol oynayır.

Bəşəriyyət təbii hidayət yolu ilə səadət yolunu bilib, bu istiqamətdə hərəkət edə bilməz. Heyvanlar təbii və instinktiv hidayətlə kamilliyə doğru gedirlər. Öz kamilliyinə çatmaq üçün instinktiv alətlərdən istifadə edirlər. Amma instinkt insanın liderlik rolunu öz üzərinə götürmək və insanları azğınlıq və süqutdan xilas etmək gücünə malik deyil. İnsan öz nicatı və xoşbəxtliyi üçün ağıl və hikmətdən istifadə edir. Ağıl və hikmət insanın ilk bələdçisidir ki, bu da insanla heyvan arasındakı ən mühüm fərq hesab olunur. Qurani-Kərimdə təbii ki, ağıl sahibi olmaq və ağıldan istifadə etmək də möminlərlə kafirlər arasındakı fərq kimi qeyd olunur. Bu mənada kafirlər mömin kimi insan olduqlarına və insanlıq xüsusiyyətlərinə malik olmalarına baxmayaraq, həqiqətin nişanələrini görməzlər. Ya görsələr də, bu haqda düşünməzlər. Ona görə də haqq və xoşbəxtlik yoluna çatmağa qüdrətləri yoxdur.

Qurani-Kərim, həqiqətdən üz döndərən kafir və imansız insanları belə təsvir edir: “Kafirlər səda və nidadan (çığırtı və bağırtıdan) başqa bir şey anlamayanlara (heyvanlara) bənzərlər. Onlar kar, lal və kordurlar. Buna görə də (haqqı) dərk etməzlər” (Bəqərə, 171).

Ad:
E-poçt:
* Comment:
captcha