IQNA

28 min zəvvar Nəcəf hava limanına gəlib

17:53 - August 07, 2022
Xəbər sayı: 3492687
Aşura mərasimində iştirak etmək üçün Nəcəf Əşrəf hava limanına 28 mindən çox əcnəbi zəvvar gəlib. Zəvvarların təhlükəsizliyini təmin etmək və onlara xidmət göstərmək üçün İraqın mülki müdafiə qurumları və müdafiə nazirliyi təhlükəsizlik tədbirləri görüb.

"İQNA", "Məvazin News"-a istinadən xəbər verir ki, Nəcəf Əşrəfin valisi Macid Əl-Vaili bazar günü axşam saatlarında bildirib ki, Aşurasının mərasimi üçün xüsusi təhlükəsizlik və xidmət planının icrası yüksək səviyyədə gedir.

Əl-Vaili deyib ki, Nəcəf Beynəlxalq Hava Limanının elanına əsasən, məhərrəm ayının birinci günündən bu yana ərəb və qeyri-ərəb ölkələrindən 28 mindən çox müsafir Aşura mərasimində iştirak etmək üçün Nəcəf Əşrəfə gəlib.

4076545

Ad:
E-poçt:
* Comment:
captcha