"İQNA", "Məvazin News"-a istinadən xəbər verir ki, Nəcəf Əşrəfin valisi Macid Əl-Vaili bazar günü axşam saatlarında bildirib ki, Aşurasının mərasimi üçün xüsusi təhlükəsizlik və xidmət planının icrası yüksək səviyyədə gedir.
Əl-Vaili deyib ki, Nəcəf Beynəlxalq Hava Limanının elanına əsasən, məhərrəm ayının birinci günündən bu yana ərəb və qeyri-ərəb ölkələrindən 28 mindən çox müsafir Aşura mərasimində iştirak etmək üçün Nəcəf Əşrəfə gəlib.
4076545