IQNA

Azərbaycanda daha 468 nəfər COVID-19-a yoluxub

17:45 - August 20, 2022
Xəbər sayı: 3492757
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 468 yeni yoluxma faktı qeydə alınıb, 396 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 807984 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 794621 nəfər müalicə olunaraq sağalıb, 9784 nəfər vəfat edib, aktiv xəstə sayı 3579 nəfərdir.

Ölkədə son sutka ərzində 3120, hazırkı dövrədək isə 7116736 test aparılıb.

APA

captcha