IQNA

Azərbaycanda 653 nəfər koronavirusa yoluxub, ölən olmayıb

20:15 - August 24, 2022
Xəbər sayı: 3492793
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 653 yeni yoluxma faktı qeydə alınıb, 732 nəfər müalicə olunaraq sağalıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Shafaqna-ya istinadla xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Az.shafaqna.com”a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 809 988 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 796 632 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 561 aktiv xəstə var. Bu günə qədər 9 795 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 379, bu günə qədər isə ümumilikdə 7 131 537 test icra olunub.

captcha