IQNA

Nəcəf valisi: Bu il 20 milyon zəvvarın Ərbəinə toplaşacağı gözlənilir

19:54 - September 04, 2022
Xəbər sayı: 3492863
Nəcəf valisi və Ali Təhlükəsizlik Komitəsinin sədri Məcid Əl Vaili Ərbəin mərasiminin təhlükəsizlik planını nəzərdən keçirmək üçün iclas keçirib.

İQNA (Beynəxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadla xəbər verir ki, Nəcəf valisi və Ali Təhlükəsizlik Komitəsinin sədri Məcid Əl Vaili Ərbəin mərasiminin təhlükəsizlik planını nəzərdən keçirmək üçün iclas keçirib.

Qubernator müavini, Nəcəf polis rəisi, İmam Əli (ə) briqadasının komandiri, Kufə məscidi katibliyinin nümayəndəsi və təhlükəsizlik təşkilatlarının rəhbərlərinin iştirak etdiyi toplantıda Ərbəin mərasimi ilə bağlı təhlükəsizlik məsələləri müzakirə edilib.

Nəcəf valisi deyib ki, Ərbəin yürüşünün keçdiyi ərazilərə hərbi və təhlükəsizlik bölmələri yerləşdiriləcək.

Koronavirus məhdudiyyətlərinin aradan qaldırılması ilə ziyarətçilərin sayında artım gözlədiklərini qeyd edən Əl Vaili, bu il Ərbəin yürüşünə təxminən 20 milyon zəvvarın qatılacağını gözlədiklərini önə çəkib.

İraqın Meysan Əyalətinin Əməliyyatlar Komandanı Məhəmməd Casim Əl-Zubaidi bildirib ki, təhlükəsizlik planı bütün kəşfiyyat və təhlükəsizlik bölmələrinin iştirakı ilə təmin ediləcək.

captcha