IQNA

İraq ordusu Ərbəin zəvvarlarının yolu boyunca yerləşdirilib

20:57 - September 05, 2022
Xəbər sayı: 3492870
Ərbəin zəvvarlarının təhlükəsizliyini təmin etmək üçün İraq ordusu zəvvarların marşrutlarına yerləşdirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla verdiyi məlumata əsasən, İraq ordusunun genişmiqyaslı yerləşdirilməsinin məqsədi yaxın bir neçə gün ərzində İmam Hüseynin (əleyhis-salam) Ərbəini gününə qədər zəvvarların təhlükəsizliyini təmin etməkdır. 

Şənbə günü axşam İraqın Həşdüş-Şəəbi Təşkilatının 110-cu diviziyası iranlı zəvvarların Kərbəla vilayətinə gedən yolunun təhlükəsizliyini təmin etməyi öz üzərinə götürdüyünü açıqlayıb.

İran İslam Respublikası və İraq hakimiyyəti bu yaxınlarda iranlı zəvvarların İraqa gündəlik və bir neçə növbədə girişinin təşkili üçün saziş və mexanizm imzalayıblar.

17 sentyabr İmam Hüseyn (ə) və onun köməkçilərinin şəhadətinin qırxıncı günüdür. 

Ad:
E-poçt:
* Comment:
captcha