IQNA

Misirdə Quran hafizi olan 70 uşaq təqdir olunub

10:18 - October 08, 2022
Xəbər sayı: 3493039
Əziz Peyğəmbərin (s) mövludu ərəfəsində Misirin Süveyş vilayətində Quranı əzbər bilən 70 oğlan və qız uşağı təqdir olunub.

"İQNA", "Əl-Usbu"-a istinadən xəbər verir ki, bu gənc Quran hafizlərinin təqdir olunma mərasimi Süveyş əyalətindəki Əl-Əzhər Quran İnstitutuna bağlı iki mərkəzdə - “Mustafa Bədəvi” və “Kamal Bərbəri”də keçirilib.

Süveyş əyalətindəki Əl-Əzhər Quran İnstitutunun direktoru və Misir Vəqflər Nazirliyinin bu əyalətdəki keçmiş nümayəndəsi Kamal Bərbəri Həsən deyib: "İslamın əziz Peyğəmbərinin (s) mövlud günü ərəfəsində keçirilən bu mərasimdə Quran hafizi olan 70 oğlan və qız təqdir olunub".

O əlavə edib ki, bu uşaqlardan 45-i Süveyş vilayətinin "Əs-Səfa" şəhərindəki "Kamal Bərbəri" Quran hifzi mərkəzindəndir. Onlardan bəziləri Quranı tam, bəziləri isə Quranın yarısı və dörddə birini əzbərləməyi bacarıblar. Bundan əlavə, onlar Quran qiraəti üçün icazə almağa da nail olublar.

Həmçinin Süveyş əyalətində Quranı əzbərləməyi bacaran 25 gənc Quran öyrənən Əl-Əzhər Quran İnstitutuna bağlı “Mustafa Bədəvi” mərkəzindən olub və mükafatlandırılıb.

4090122

captcha