Allahın qadağan etdiyi bir işi görmək və ya Allahın əmr etdiyi bir şeyi tərk etmək günahdır. Əxlaq kitablarında günah iki böyük və kiçik kateqoriyaya bölünür. Bu bölgünün Qurani əsası var: “Əgər siz qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq” (Nisa, 31). (1). Əllamə Təbatəbaiyə görə, bu ayədə “pisliklər” kiçik günahlar deməkdir. Çünki o, böyük günahların qarşısında gəlib.
Böyük günah Quranda və ya hədislərdə böyük olduğu bildirilən və ya cəzası vəd edilən günahdır. Qalanları kiçik günahlardır.
Kiçik günahlar üçün ağır cəza nəzərdə tutulmasa da, ayə və rəvayətlərdən məlum olur ki, kiçik günah böyük günaha çevrilməsi mümkündür. Bu, müəyyən səbəblərdən baş verə bilər.
Onların arasında kiçik günahlarda israr və onları təkrar etməyi qeyd etmək olar. Əgər insan kiçik bir günah işləsə, lakin bağışlanma diləməzsə, tövbə etməsə və onu islah etməyi düşünməsə, böyük günah olar.
Qurani-Kərimdə təqvalılara tövsiyə edilir: “Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar” (Ali-İmran, 135).
Kiçik günahlara etinasız yanaşmaq başqa bir səbəbdir. Həmçinin günahı kiçik saymaq onu böyük günaha çevirir. Necə ki, İmam Əli (ə) buyurur: Ən böyük günah odur ki, sahibi onu kiçik hesab etsin. (Kəlimətut-Təqvi, cild 2, səh. 294).
Günahdan həzz almaq və günah işləyərkən şad olmaq günahı böyüdən səbəblərdəndir. Həmçinin günah üzündən üsyan da belədir. Necə ki, Qurani-Kərimdə buyurulur: "Kim (dünyada) üsyan etmişsə, Dünyanı (axirətdən) üstün tutmuşsa, şübhəsiz ki, onun məskəni Cəhənnəmdir!” (Naziat, 37-39).
Həmçinin, Allahın möhlət verməsi ilə məğrur olmaq, hər hansı bir cəmiyyətin görkəmli şəxsiyyətlərinin etdiyi günah və günahı aşkar etmək kimi məsələlərin hər biri kiçik günahın böyük günaha çevrilməsinə səbəb olur.
İctimai nöqteyi-nəzərindən cəmiyyətin şəxsiyyətləri və böyükləri və xas insanlarının günahları cəmiyyətin azğınlığının əsası ola bilər və xalqın dininin zəifləməsinə səbəb ola bilər. İslam Peyğəmbəri (s) bir kəlamında buyurmuşdur: “Ümmətimin insanları, ancaq ümmətimin xas insanlarının islah olması ilə islah olar”. Bir nəfər soruşdu: "Ümmətin xas olanları kimlərdir?" Buyurdu: “Ümmətimin xas olanları dörd dəstədir: 1- Məsullar. 2-Alimlər. 3- abidlər. 4- Ticarətçilər.