IQNA

Məscidlərin beynəlxalq istifadəsi İslam cəmiyyətinin diqqət mərkəzində olmalıdır

14:14 - October 13, 2022
Xəbər sayı: 3493071
Malayziya İslam Şurası katibliyinin rəhbəri, biz müsəlmanların dörd milyon yarımdan çox məscidi olduğunu söylədi. Amma məscidlərə lazımi qədər diqqət yetirilmədiyinə işarə edərək deyib: "İslam ümməti belə mərkəzlərdə birləşməlidir. Məscidlərin beynəlxalq edilməsini gündəmə gətirməliyik".

"İQNA", İslam Məzhəbləri Assosiasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Malayziya İslam Şurasının katibliyinin rəhbəri Əzmi Əbdül-Həmid 12 oktyabr, 36-cı İslami Vəhdət Konfransının açılış mərasimində Qurani-Kərimin vəhdətlə bağlı ayələrinə toxunaraq deyib: "Bu gün biz müsəlmanların nəzarətində olmayan bir dünyada yaşayırıq. Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı və s. sionistlərin nəzarətindədir və müsəlmanlar üçün qərarlar verir".

İndi vəziyyət elədir ki, müsəlmanların vahid valyutası yoxdur, biz başqalarının paltarını geyinib, onların yeməyini yeyirik.

Əbdül Həmid vurğuladı: "Biz alimlər birliyə sahib olmaq üçün təşkilatlanmağa borcluyuq. İslam ölkələrinin nazirləri və prezidentləri birliyi əməli şəkildə həyata keçirməlidirlər. Bizim İslam Əməkdaşlıq Təşkilatı, İslam İnkişaf Bankı və s. var, amma hələ də birləşə bilməmişik. İslam liderlərimizin də bəzi siyasi mülahizələri var və bəzən onlar birləşmir və alimlərimiz ixtilaf içindədirlər".

O, sözünə belə davam etdi: “Biz hamımız meydana daxil olub, birlik sahəsində əməli müstəvidə fəaliyyət göstərməliyik və bunu proqramımızda əsas gündəm tutmalıyıq”.

Malayziya İslam Şurası katibliyinin rəhbəri, biz müsəlmanların dörd milyon yarımdan çox məscidi olduğunu söylədi. Amma məscidlərə lazımi qədər diqqət yetirilmədiyinə işarə edərək deyib: "İslam ümməti belə mərkəzlərdə birləşməlidir. Məscidlərin beynəlxalq edilməsini gündəmə gətirməliyik".

Əbdül-Həmid xatırladıb: "Bu gün bizə lazım olan agahlıq və düşmənləri tanımaqdır və müxtəlif ölkələrdə yaşasaq da, hamımız qardaşıq".

4091450

captcha