"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, Cenevrədəki Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun köməkçisi Hənnan Bəlxi deyib: "Dünya Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün lazım olanın dörddə birinə bərabər sürətlə irəliləyir".
Bəlxi bu sözləri Misir prezidenti Əbdülfəttah Sisinin nəzarəti altında 17 və 18 oktyabr Qahirədə keçirilən dünyanın bütün fətva qurumları katibliyinin yeddinci beynəlxalq konfransının açılış iclasında deyib.
O, vurğuladı: "Əgər bi gedişatla getsək və heç bir dəyişiklik etməsək, 2023-2025-ci illər üçün universal səhiyyə sistemi ilə bağlı arzulanan hədəflərə çatmayacağıq. Amma hərəkət sürətini artırsaq, 2025-ci ilin əvvəlinə qədər dünyada 390 milyondan çox insan bu səhiyyə sistemindən faydalanacaq".
Bu qlobal səhiyyə rəsmisi çıxışının sonunda dedi: "Bu fürsət dini liderlər üçün hazırlanmışdır ki, elm və məlumatlara əsaslanaraq davamlı inkişafın on yeddi məqsədinə nail olmaqda əsas və təcili rol oynasınlar. Onlar səylərini inkişafın zəif getdiyi sahələrə yönəltməlidirlər. Çünki effektiv fətva sağlamlıq baxımından ən qırılqan cəmiyyətləri də xilas edə bilər".
4092853