IQNA

Hindistan məhkəməsi müsəlmanlara qarşı nifrət yaymağın araşdırılmasını tələb edib

10:25 - October 23, 2022
Xəbər sayı: 3493128
Hindistanın Ali Məhkəməsi iki əyalətin və ölkə paytaxtının polis rəislərinə dinindən asılı olmayaraq nifrət yayan şəxslərə qarşı tədbir görməyi əmr edib.

"İQNA", "TRT"-yə istinadən xəbər verir ki, Müsəlman bir kişi tərəfindən verilən ərizədə məhkəmədən dövlət rəsmilərinə müsəlman icmasına qarşı nifrət yaymağa qarşı tədbir görmələri tələb olunub.

Bu müraciətə cavab olaraq, Hindistanın Ali Məhkəməsi bildirdi ki, Hindistanın dünyəviliyi qorunmalıdır. Bu ölkənin əyalətləri nifrət yayan çıxışları dayandırmaq üçün hərəkətə keçməlidir.

Keçən həftə BMT-nin Baş katibi Antonio Quterres Hindistanı insan haqları ilə bağlı vəziyyətinə görə tənqid edib.

4093539

captcha