IQNA

Toronto məscidində şüarların yazılması islamofobiyanın güclənməsinə işarədir

10:45 - October 23, 2022
Xəbər sayı: 3493129
Kanada Müsəlmanları Milli Şurası (NCCM) Torontodakı məsciddə təhqiramiz şüarların yazılmasını ölkədə islamofobiyanın şiddətli şəkildə artmasının əlaməti kimi qiymətləndirib.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, Kanada Müsəlmanları Şurası açıqlayıb ki, Toronto məscidinə edilən vandalizm bu ölkədə islamofobiyanın güclənməsinə işarədir.

Ötən həftə Tornhilldəki İmam Mehdi (ə) İslam Mərkəzinin divarlarına təhqiramiz şüarlar yazılıb. Kanada Müsəlmanları Şurasının məlumatına görə, bu məscid bomba qoymaq təhlükəsi ilə üzləşib və orada ibadət edənlər də hədələnib.

Bu şura cümə axşamı Facebook-da yazıb: "Bu hadisə Kanadada müsəlmanlara qarşı baş verən hadisələrin yüzlərlə nümunəsindən yalnız biridir. Bu ölkənin müsəlman icması son bir neçə gündə Twitter-də mindən çox islamofob mesajın hədəfinə çevrilib. Bu mesajlara ölüm təhdidləri, zorakılıq hədələri və daimi təqiblər daxildir. Bu gedişat dayandırılmalıdır".

Kanada Müsəlman Şurası ötən cümə axşamı müsəlman icmasına qarşı son islamofobik vandalizm və təhdidlərə toxunmaq üçün mətbuat konfransı keçirdi. Həmçinin səlahiyyətlilərdən Kanada müsəlmanlarına qarşı nifrətin qarşısını almağa kömək etmələri istənildi.

Polis bu şüarı yazan şəxsin təhlükəsizlik kamerası görüntüsünü və şübhəlinin təsvirini yayımlayıb. Rəsmilər ictimaiyyətdən hadisə ilə bağlı polisə məlumat vermələrini istəyib.

4093469

captcha