"İQNA", xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş müqəddəs Şahçırağ (ə) hərəminə edilən terror aktını qətiyyətlə pisləyib və İran İslam Cümhuriyyəti xalqı və hökumətinə başsağlığı verib.
Həmçinin Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stiven Düjarrik Şirazda Şahçırağ (ə) hərəmində törədilən terror aktını pisləyərkən deyib: "İranda dini bir yerə hücum qınanmağa layiqdir və biz bütün terror aktlarını pisləyirik".
Azərbaycan Respublikasından təəssüf və həmdərdlik mesajı
Azərbaycan Xarici İşlər Nazirliyi Şahçırağda baş verən terror aktından sonra təəssüfləndiyini bildirərək bəyanat yayıb: "Şirazda Şahçırağ (ə) ziyarətgahında törədilən terror aktını pisləyirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik".
Bu nazirlik Twitter hesabında yazıb: "Azərbaycan terrorizmlə üzləşmiş ölkə kimi onun bütün forma və təzahürlərini qəti şəkildə pisləyir".
Suriya, Oman, Yəmən və Pakistan da bu terror aktını pisləyəən bəyanatlar veriblər.
4094803