IQNA

Kanadada İslam ardıcılları artıb

10:17 - October 29, 2022
Xəbər sayı: 3493158
Kanada Statistikası, immiqrasiya kimi problemlər səbəbiylə bu ölkədə İslam tərəfdarlarının artdığını açıqladı.

"İQNA", "CP 24"-ə istinadən xəbər verir ki, İslam 2021-ci ildə Kanadada ikinci ən çox yayılmış dindir. Burada 35 milyondan çox ölkə əhalisinin təxminən beş faizi müsəlmanlardır. 2001-ci ildən bu rəqəm iki dəfədən çox artıb.

Kanada Statistikasına görə, son siyahıya almada əhalinin üçdə birindən çoxu heç bir dini mənsubiyyətinin olmadığını bildirdi.

2021-ci il siyahıya alınmasından əldə edilən məlumatlar göstərir ki, dini olmayan kanadalıların nisbəti son 20 ildə iki dəfədən çox artıb. 2001-ci ildəki 16,5%-dən 2021-ci ildə 34,6%-ə çatıb.

Qeyri-dini kateqoriyaya özlərini ateist və aqnostik kimi tanıdan insanlar daxildir.

4094810

captcha