IQNA

London İslam hərracında satılan ən əhəmiyyətli əsərlər

7:36 - November 05, 2022
Xəbər sayı: 3493202
Londondakı "Sothebys" hərrac mərkəzi bu mərkəzin bir həftə ərzində keçirilən İslam və Ərəb sənəti hərracında satılan ən görkəmli əsərləri açıqlayıb.

"İQNA", "Əl-Yəvmus-Sabi"-ə istinadən xəbər verir ki, Bu hərrac bir həftə ərzində keçirilib. Orada şərq xalçası, bir sıra kağız əlyazmalar, müxtəlif formalı və dizaynlı Qurani-Kərimlər, əllə toxunmuş İslam xalçası satılıb.

Sothebys hərrac mərkəzi Londonda keçirilən İslam və ərəb sənətinin hərracında 13,9 milyon funt-sterlinq (378 milyon Misir funt sterlinqindən çox) dəyərində satış olduğunu açıqlayıb. Satılan ən əhəmiyyətli əsərlər aşağıdakılardır:

Fars Kralları kitabından bir səhifə

Fars Kralları kitabının bu səhifəsi 8,1 milyon funta satılıb. Bu, hərracda kağız üzərində yazılmış İslam əsərinin satışı üzrə rekord göstərici idi.

Miniatür Quran

Bu, İraqda Səlcuqlular dövrünə aid miniatür Qurandır ki, 138 min 600 funta satılıb. Halbuki bu Quranın əsas qiyməti Sothebys mərkəzi tərəfindən açıqlanarkən, 50 ilə 80 min funt arasında olub.

Bu Quran 284 səhifədən ibarətdir və hər səhifədə qara mürəkkəblə yazılmış 15 sətir var. Onun ayələri qızılı güllər naxışı ilə bir-birindən ayrılır. Quranın surələrinin adları da qızılla yazılmışdır. Onun ayələri qara sətirlərlə parlaq səhifələrlə yazılmışdır.

Misir kuzəsi

Bu kuzə Fatimilər dövrünə və 10-11-ci əsrlərə aiddir və 693 min funta satılıb. Bu küpün üzərində kufi xətti ilə yazılmış mətnlər var.

Kufi xətti ilə yazılmış Quran

Bu hərracda 18-ci əsrin ən böyük kufi xətti ilə yazılmış Quranlardan birindən bir səhifə 819 min funta satılıb. Quranın bu səhifəsi Əməvilərin son və ya Abbasilərin əvvəl dövrünə aiddir. Orada "İnşiqaq", "Buruc" və "Əl-Əla" surələri 18 sətirdə yazılıb və ölçüləri 42,5 x 58,5 sm-dir.

Xorasanın gümüş qələm qabısı

Bu qələm qabı düzbucaqlıdır və hündürlüyü 28,5 sm-dir. Onun yuxarısı da günbəz formasındadır. Orada qarışıq və ikili dizaynları görmək olar. Qələm qabının arxa və ön hissəsində yazılar var.

İpək xalça

Bu xalça hind ipəyindən toxunub. Metal saplarla tikilib və astarı var. Bu əsər 18-ci əsrə aiddir və 50400 funta satılıb.

Ölçüsü 317 x 210 sm olan bu ipək xalça Hindistanın Qucarat əyalətinin Cambay sahilində Qucarati sapları ilə toxunmuşdur.

4096527

captcha