IQNA

Fələstinli Quran hafizləri təqdir olunub

11:27 - November 14, 2022
Xəbər sayı: 3493258
Livanın Baalbek şəhərinin alimləri və fələstinli qrupların rəhbərləri və rəsmilərinin iştirakı ilə bu şəhərdə yerləşən Əl-Cəlil düşərgəsində Qurani-Kərim hafizləri təqdir edilib.

"İQNA", Fələstin İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, bu mərasimdə Bilal ibn Rəbah Mərkəzindən müxtəlif yaşlarda olan 23 Qurani-Kərim hafizi təqdir edilib.

Bu mərasim Küveytin “Bələdul-Xeyr” Assosiasiyasının maliyyə dəstəyi ilə “Vəhyin qorunub saxlanılması” layihəsi formasında keçirilib. Həmçinin Qurani-Kərimin təlimlərini qorumaq və yaymaq məqsədilə İmam Əl-Şatibi Dərnəyinin nəzarəti altında keçirilib.

Bu dərnəyin müəllimi və müdiri Dr. Mahmud Semhun deyib: "Dərnəyimiz Livan hökuməti tərəfindən lisenziyalaşdırılıb. Bu kursda şagirdlər Qurani-Kərimin 15 cüzünü əzbərləməyi bacarıblar".

Əl-Cəlil düşərgəsi Livanın Baalbek şəhərində yerləşir və 1500-dən çox fələstinli qaçqını qəbul edir.

4099185

captcha