IQNA

Allahın bəndələrin qəflətdən xilas olması üçün göstərişi

15:47 - December 05, 2022
Xəbər sayı: 3493367
İnsanın çoxlu qüdrət və imkanları vardır, lakin o, mütləq qüdrətə, yəni Uca Allaha qarşı zəif və aciz bir varlıqdır. Bu səbəbdən də var olmaq və bacarmaq hissinə sahib olmaq üçün bu sonsuz və əbədi gücə arxalanmağa və ona sığınmağa hər zaman ehtiyacı vardır.

Bəzən insan öz daxili duyğularına qapılır və qəflətə düşür. Nə isə eşidib və vəsvəsə olub yolunu dəyişə bilər. Bəzən sürüşə bilər, davranışına və düşüncəsinə hakim olmaya bilər. Belə hallar üçün Allah insana “istiazə” yolunun olduğunu qabaqcadan bildirmişdir. “İstiazə” pənah aparmaq deməkdir, yəni insan mənfi qüvvələrdən amanda olmaq üçün Allaha sığınır.

Qurani-Kərimdə 17 dəfə “istiazə” kəlməsi zikr olunub; Peyğəmbərlər ondan bir çox hallarda istifadə etmişlər. Bu onu göstərir ki, ən yüksək insan səviyyəsində olan bir insan belə bu amillərə məruz qala bilər. Unutmayaq ki, biz heç vaxt şeytanla döyüşməməliyik, çünki onun təcrübəsi var. Allah da şeytanla vuruşmamağı və Özünə sığınmağı tövsiyə edib.

Oğlu suda boğularkən Həzrət Nuh (ə) atalıq hisslərinə görə Allahdan oğlunu xilas etməsini istəmiş, Allah da onun haqsız hərəkətinə görə boğulduğunu bildirmişdir. Həzrət Nuh (ə) Allahın cavabını aldıqdan sonra Ona sığındı və dedi: "Mən bilmədiyim bir şeyi istəməkdən Sənə sığınıram. Ona görə də bilmədiyimiz bir şeyi Allahdan istəməməliyik".

Həzrət Musa (ə) Fironla üz-üzə gələndə "yalvarıb" Allaha sığınır. Həzrət Yusif (ə) Züleyxa ilə olan hadisədə "Məazəllah" ifadəsini işlətdi və Allaha sığındı. İslam Peyğəmbəri (s) problem və sıxıntılarla üzləşdiyi zaman ona "Müəvvəzəteyn", yəni Nas və Fələq surələri nazil olmuş və indi də möminlər onlardan istifadə edirlər.

Nuhun (ə) oğlu dağın zirvəsinə sığındığı kimi, maddi amillərə və şeytana sığınmağın bizi tələyə salıb təsirini buraxacağını öyrənirik. Biz də özümüzü xilas etmək üçün ilahi qapıya sığınmalıyıq.

captcha