IQNA

"Nəhcül-bəlağə"dən seçmələr / 8

Həzrət Əli (ə) cəmiyyətin kasıb təbəqəsinin əzabları ilə necə üzləşirdi?

11:10 - December 07, 2022
Xəbər sayı: 3493379
Sosioloq və din sahəsində tədqiqatçı “Nəhcül-bəlağə”nin 15-ci xütbəsindən hissələrə istinad edərək, Əmirəlmömininin (ə) beytul-mal və ictimai ədalət məsələsində hədsiz həssaslığı məsələsinə toxunub.

Sosioloq və din sahəsində tədqiqatçı olan İmad Əfruğ “Nəhcül-bəlağə”dən iqtibaslar haqqında mühazirəsində İmam Əlinin (ə) fikirlərini təqdim edir. Onun “ədalət axtarmaq və yoxsullara diqqət yetirmək” başlıqlı sözləri Əmirəl-möminin (ə)-ın beytul-mal və ictimai ədalət məsələsinə böyük həssaslığı ilə bağlıdır ki, onun mətnini aşağıda oxuya bilərsiniz:

Nəhcül-bəlağənin üçüncü xütbəsində müsəlmanların, yoxsulların və acların rifahına diqqət yetirilməsindən bəhs edildi. Bu istiqamətdə bu gün üçün seçdiyim xütbə Nəhcül-bəlağənin on beşinci xütbəsidir. Bu xütbə ədalət axtarmaq, ədaləttələblik və möhtaclara diqqət yetirməklə bağlıdır. İmam Əli (ə) Malik Əştərə yazdığı məktubunda cəmiyyətin aşağı təbəqəsi barədə danışır.

İmam Əli (ə) buyurur: “And olsun Allaha! Ölkənin yağmalanmış xəzinəsini (beytül-mal) harada tapsam, onunla evlənsələr də onu əsl sahiblərinə qaytaracam. Çünki ədalət bütün insanların işini açır. Hər kim ki, ədalət ona ağır gələ, zülmə dözmək onun üçün daha çətindir."

Bununla bağlı “Nəhcül-bəlağə”də daha bir neçə xütbə vardır ki, onlardan biri iyirmi yeddinci xütbədir. Bu xütbə Əmirəl-mömininin (ə) ən heyrətamiz söz və kəlamlarından biridir. İmam Əli (ə) insanların əziyyətlərinə çox səbirsiz idi və insanların əziyyət və sıxıntılarına biganə qalmazdı.

Əmirəl-möminin (ə) buyurur: "Mənə xəbər verildi ki, Şam ordusundan bir kişi bir müsəlman qadın və İslam hökumətinin himayəsində olan qeyri-müsəlman qadının evinə daxil olu. onların bilərziklərini, boyunbağılarını və sırğalarını qarət etdib. Halbuki onların ağlamaq və yalvarmaqdan başqa müdafiə vasitələri yox idi. Müsəlman bu faciəli hadisəyə görə narahatlıqdan ölürsə, onu qınamaq olmaz və məncə, buna layiqdir. Təəccüblüdür, təəccüblüdür! Allaha and olsun ki, bu həqiqət insanın qəlbini öldürür və qəm-qüssəyə səbəb olur. Şamlılar öz batillərində birləşiblər, siz isə öz haqqınızda dağınıq və parçalanmışsınız. Pislik sizə olsun, bəlanın hədəfi olduğunuz kədərinizdən qurtulmayın. Onlar sizə hücum edir və siz hücum etmirsiniz. Onlar sizinlə döyüşür, siz isə döyüşmürsünüz. Bu şəkildə Allaha günah olunur və siz razısınız".

* "Nəhcül-bəlağə" İmam Əlinin (ə) məktublarından, xütbələrindən və sözlərindən seçmələrdir. Seyyid Rəzi onları hicri 4-cü əsrin sonunda (miladi 11-ci əsr) toplamışdır. Nəhcül-bəlağənin bir çox xütbələri insanlara ilahi əmrlərə əməl etməyi və haramlardan uzaq durmağı tövsiyə edir. Valilərə ünvanlanmış məktublar hissəsində isə xalqın haqqına hörmətlə yanaşmağı əmr etmişdir.

Ad:
E-poçt:
* Comment:
captcha