IQNA

Əqidə prinsipləri; Tövhid / 5

Dinin insan və cəmiyyət üçün tezisi

17:43 - December 10, 2022
Xəbər sayı: 3493391
İslamın tezisinin perspektivini təqdim etmək istəyiriksə, deməliyik: Din fərd və cəmiyyət üçün “baxış”, “səy” və “metod” növünü konkret ilahi meyarlarla müəyyən edən, əhatəli proqramdır.

Dinin dinamik və inkişaf edən cəmiyyət qurmaq üçün tezisini 6 addımda xülasələşdirmək olar:

Birinci; İnsanı kəşf etmək

  Dinin birinci vəzifəsi insanı kəşf etməkdir. İnsan özünü unudub, yolunu, rəhbərini, məqsədini itirib, heyvan səviyyəsinə düşərək, əsas məqsədini yalnız maddi rifah və həyat hesab etdiyi üçün artıq ölmüş insan kimi olur. Artıq haqq ona təsir etmir. Yırtıcılıqda canavar kimi olur. Hiyləgərlikdə tülkü, oğurluqda siçan, qəlbinin qəsavətli olmasında daş kimi olur. Bu itmiş insan özünü tapmalı, tanımalı və kəşf etməlidir.

  Peyğəmbərlərlə əlaqəsi olmayanlar insanı düzgün tanımayıblar. Onlardan bəziləri deyirlər ki, “insan əslən heyvan olub”. Digərləri isə “insanın mahiyyətinin şəhvət olduğunu, bütün hərəkətlərinin şəhvətindən qaynaqlandığını” deyirlər. Bəziləri insanı iqtisadi heyvan hesab edir ki, onun mədəsi bütün hərəkətlərinin mənbəyidir. Əsasən onlar həyatı, firavanlığı, xoşbəxtliyi başqa cür dərk edib, məna veriblər.

  Din bizə deyir: Ey insan! Sən şəhvət və mədədən ibarət deyilsən, imtiyaz və kamilliyin bunlarda deyil. Quran İslamın insanı necə tanıtdırdığını gözəl göstərir:

  1_ Sən Allahın xəlifəsisən (Bəqərə, 30).

  2_ Yerdə və göydə nə varsa, hamısı sizin üçündür (Loğman, 20).

  3_Sən Allahın əmanət daşıyıcısısan (Əhzab, 72).

  4_ Allahın ruhu sizə üfürüldü (Hicr, 29).

  5_ Siz Allahın yaradılışda ən gözəl məxluqatısınız (Möminun, 14; Tin, 4).

  6_ Biz səni şərəfləndirdik (İsra, 70).

  7_ Biz sənə fəzilət verdik (İsra, 70(.

  Sonra o, xəbərdarlıq edir ki, siz özünüzü  unutmayın və ya itirməyin. Belə olduğu halda zərər görəcəksiniz və ticarətdə qazanc əldə etməyəcəksiniz. Özünüzü ucuza satmayın və Allahdan başqasına satmayın. İnsan burada öz-özünə sual verir: Əgər mən maddi həyat üçün və heyvani instinktləri doyurmaq üçün yaradılmışamsa, bəs niyə beləyəm? Bəs niyə mənə bu qədər dahilik, istedad və arzular verilib?

İkinci; Qaranlıqdan çıxmaq

  Dinin başqa bir işi də bu kəşf olunmuş mədənin çıxarılmasıdır. İnsanı zülmdən, cəhalətdən, ayrılıqdan, xurafatdan, şirkdən və s.-dən çıxarmaq lazımdır. Necə ki, Quran buyurur: "Allah möminləri zülmətlərdən nura çıxarar" (Bəqərə, 257).

  Üçüncü; Eşqi diriltmək

  Dəmirin ocaqda əriməsi kimi, din də insanı müxtəlif hadisələrdə əridir. Din insanda sonsuzluğa sevgi yaradır və insanı ona bağlayır. Sonra kiçik sonsuzluğu böyük sonsuzluğda əridir. Bəli, dinin köməyi ilə dua, tövbə və ağlamaq nəticəsində insan əriyir, murdarlıqları ayrılır.

  Dördüncü; Fərdi tərbiyə

  Dinin dördüncü vəzifəsi fərdi insan tərbiyəsidir. Özünü islahetmə proqramları, yaxşı və mükəmməl insani keyfiyyətlərin çiçəklənməsi, yəni faydalı şəxsiyyət və əsl insan tərbiyə etməkdir. Fərdi ibadətlər özünü formalaşdırmağın, özünü formalaşdırmaq isə cəmiyyət formalaşdırmağın müqəddimədir. Cəmiyyətin tərbiyəsinə fərdlərin tərbiyəsindən başlamalıyıq. Allah peyğəmbərindən, əvvəlcə pak olmasını istəyir (Müddəssir, 4), ikinci addımda isə buyurur: "Xanımlarınıza və qızlarınıza deyin pak olsunlar" (Əhzab, 59). Üçüncü mərhələdə buyurur ki, yaxınlarına xəbərdarlıq et (Şüəra, 214). Dördüncü addımda isə Məkkə əhalisinə və onun ətrafında yaşayanlara xəbərdarlıq etməsi ondan istənilir (Ənam, 92). Bu zaman növbə dünya xalqlarını hidayət etməyə çatır (Səbə, 28).

Beşinci; Sağlam cəmiyyətin formalaşması

Dinin beşinci vəzifəsi islah olunmuş şəxsiyyətləri birləşdirmək, möminlər arasında əlaqə yaratmaq və nəhayət, hər sahədə əhatəli bir ilahi hökumət yaratmaqdır. İslam birlik və sosial dindir. Namaz tək qılınsa belə, Allahla danışmaq cəm şəklində olmalıdır: “Biz ancaq Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik”. “Bizi doğru yola yönəlt” və...

Altıncı; Cəmiyyətin layiqli rəhbərliyi

  Dinin son vəzifəsi, vəhdət içində olan cəmiyyəti layiqli bir rəhbərin ixtiyarına verməkdir ki, o, milləti fitnə-fəsad, israfçı, cahil və zalım insanların hökmranlığı təhlükəsindən qoruya bilsin. Həmçinin insanları asılılıqdan, dünyapərəstlikdən uzaqlaşdırsın.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Əqidə prinsipləri (Tövhid)" kitabından götürülmüşdür.
captcha