IQNA

Britaniya polisi Fələstin tərəfdarlarını həbs etdi

10:18 - October 05, 2025
Xəbər sayı: 3498983
İQNA - Britaniya polisi “Fələstin üçün Fəaliyyət” adlı təşkilatın fəaliyyətinin qadağan edilməsinə qarşı keçirilən etiraz aksiyaları zamanı təxminən 500 nəfərin həbs edildiyini açıqlayıb.

“İQNA”-nın “əl-Məsirə” telekanalına istinadla verdiyi xəbərə görə, polis bəyan edib ki, hökumətin “Action for Palestine” (Fələstin üçün Fəaliyyət) təşkilatının fəaliyyətini qadağan etmək qərarına qarşı keçirilən etirazlar zamanı saxlanılanların sayı 493 nəfərə çatıb.

“Fələstin üçün Fəaliyyət” hərəkatının etiraz aksiyaları Londonda bir neçə saat əvvəl başlayıb. Aksiya, Qəzzada məzlum fələstinli xalqa dəstək göstərmək və sionist işğalçıların bu bölgədə törətdiyi cinayətlərə qarşı nifrəti ifadə etmək məqsədi daşıyırdı.

London polisi isə sionist işğalçıları dəstəkləyərək etirazçılara və nümayiş iştirakçılarına qarşı çıxıb.

“Rusiya Əl-Yəvm” telekanalının yaydığı görüntülərə əsasən, Qəzzanın məzlum xalqını dəstəklədiklərinə görə saxlanılanlar arasında yaşlı şəxslər də var.

İspanların Fələstinə dəstək aksiyaları davam edir

Eyni zamanda, minlərlə ispan vətəndaşı paytaxt Madrid şəhərində genişmiqyaslı etiraz aksiyası keçirərək Fələstin xalqı ilə həmrəy olduqlarını bəyan edib və sionist rejimin Qəzza zolağında törətdiyi müharibə və cinayətlərə dərhal son qoyulmasını tələb ediblər.

Nümayiş iştirakçıları əllərində Fələstin bayraqları və Qəzzada mülki insanların qətliamına qarşı şüarlar yazılmış plakatlar tutaraq Avropa hökumətlərini İsrail rejiminin təcavüzlərini dayandırmaq üçün praktik addımlar atmağa çağırıblar.

4308822

Teqlər: ingiltərə ، london ، polis ، fələstin
captcha