IQNA

Liviya beynəlxalq Quran müsabiqəsinin qaliblərinin adları açıqlandı

10:52 - September 30, 2025
Xəbər sayı: 3498950
İQNA - Liviya Vəqf və İslam İşləri Baş İdarəsi XIII Beynəlxalq Quran Müsabiqəsi – Liviya Mükafatı üzrə dörd istiqamətin qaliblərinin adlarını elan edib.

“İQNA”-nın “əl-Əvsət” qəzetinə istinadən verdiyi xəbərə görə, bu müsabiqə Liviya hökumətinə tabe olan Vəqf və İslam İşləri Baş İdarəsinin təşəbbüsü ilə keçirilib və bazar günü (sentyabrın 28-i) qaliblərin təqdimatı ilə başa çatıb.

🔹 Tam Quran hifzi üzrə

I yer – Ziyaəddin Məhəmməd Rəhim (Pakistan)

II yer – Əbdülqadir Yusif Məhəmməd (Somali)

III yer – Əbubəkr Məhəmməd Həsən (Nigeriya)

IV yer – İbrahim Mumba (Konqo Demokratik Respublikası)

🔹 Uşaqlar arasında tam Quran hifzi üzrə

I yer – Salman Məhəmməd (Liviya)

II yer – Amadu Baldi (Qvineya)

III yer – Ənəs bin Atiq (Banqladeş)

IV yer – Eymən Məhəmməd Səid (Yəmən)

V yer – Munib Ramiz Məhəmməd (Almaniya)

🔹 Qiraət-i əşrə (on qiraətlə Quran hifzi) üzrə

I yer – Əbdüzahir Abdullah İbrahim (Britaniya)

II yer – Yəhya Məhəmməd Adam (Keniya)

III yer – Tariq Mühyiddin Xəlu (Almaniya)

🔹 Təfsirlə birlikdə Quran hifzi üzrə

I yer – Əbdürrəhman Əbdülcəlil Cühəni (Liviya)

II yer – Buna Tiam (Konqo Brazavil)

III yer – Məhəmməd İsa Hac Əsəd (Suriya)

IV yer – Zəkəriyyə Şərbiyov (Tacikistan)

V yer – Əbdüssəməd Adam (Qana)

Qeyd edək ki, müsabiqə 20 sentyabr tarixində Liviyanın Benqazi şəhərində başlanıb və dünyanın 70-dən çox ölkəsindən 120 hafiz iştirak edib.

Təşkilatçılar vurğulayıblar ki, bu Quran tədbiri müsəlmanlar arasında həmrəyliyi və birliyi gücləndirmək üçün bir toplantıdır, həmçinin İslam dəyərlərinin təqdim olunması üçün bir məkan rolunu oynayır. Bu yarışmada Asiya, Amerika, Avropa və Afrikadan alimlər də iştirak ediblər.

4307717

captcha