IQNA

Qətərdə Quran və Bəşəri Elmlər üzrə Beynəlxalq Konfrans keçirilir

11:07 - October 01, 2025
Xəbər sayı: 3498959
İQNA - Qətərin Vəqf və İslam İşləri Nazirliyi bu gün 18 beynəlxalq tədqiqatçının iştirakı ilə ilk “Qurani-Kərim və Bəşəri Elmlər” konfransını açır.

“İQNA”-nın “ər-Rayə” qəzetinə istinadla verdiyi xəbərə görə, bu gün Qətər Vəqf və İslam İşləri Nazirliyinin İslam Araşdırmaları və Tədqiqatlar İdarəsi və Qətər Universitetinin İbn Xəldun İctimai və Humanitar Elmlər Mərkəzinin təşkilatçılığı ilə Hüquq fakültəsində birinci illik “Qurani-Kərim və Bəşəri Elmlər” konfransı və “Ümmətin Katibləri” adlı ilk simpozium keçiriləcək.

“يَهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ” (“O, ən doğru olana hidayət edər”) mövzusu ilə keçirilən bu konfrans Qurani-Kərimlə bəşəri elmlər arasındakı əlaqəni araşdıraraq düzgün bəşəri biliyə çatmağı hədəfləyir. Həmçinin müsəlman müəlliflərin müxtəlif mədəni və idraki sahələrdəki töhfələri, onların İslam dəyərləri işığında müsəlmanların şüurunu yeniləmək və şəxsiyyətini formalaşdırmaqda rolu müzakirə olunacaq.

İslam dünyasının müxtəlif ölkələrindən 18-dən çox alim və tədqiqatçının qatıldığı bu konfransın məqsədi müasir ictimai və humanitar elmi diskursun formalaşmasında Qurani-Kərimin mərkəzi rolunu canlandırmaq və bu yolla şəriətlə humanitar və ictimai elmlər arasında mövcud uçurumu aradan qaldırmaqdır.

Konfrans həmçinin müxtəlif sahələrdən olan müsəlman alimlərini Qurani-Kərimin mənaları və anlayışlarını müasir bəşəri elmlərin çərçivəsində çıxarmağa təşviq edir. Bu alimləri vəhy elmi ilə əlaqələndirərək həmin elmdən sosial və humanitar hadisələri araşdırmaqda faydalanır və nəticədə İslam baxışlarını möhkəmləndirir. Həmçinin İslam şəriəti üzrə araşdırmaları dərinləşdirmək üçün humanitar və ictimai elmlərdən istifadə edəcək.

Konfransın əsas hədəfi İslam şəriəti üzrə alimləri və sosial-humanitar elmlər üzrə tədqiqatçıları insan və ictimai elmlərlə sistematik şəkildə qarşılıqlı əlaqəyə və onlardan istifadəyə təşviq etməkdir. “Ümmətin Katibləri” simpoziumu isə müsəlman mütəfəkkirlərinin mədəni irsini işıqlandırmağı qarşısına məqsəd qoyan strateji mədəni layihədir.

Həmçinin bu tədbirdə səkkiz elmi məqalə təqdim olunacaq ki, burada yeni mədəni əsas yaratmaq üçün mövcud vasitələr, müasir dəyişikliklər fonunda balanslı, sağlam və çağdaş müsəlman şəxsiyyətinin təşkili və formalaşdırılması istiqamətində görülən işlər təhlil ediləcək. Forum eyni zamanda mənəvi, intellektual və maddi potensialını idarə edə bilən şəxsiyyətin formalaşması və onun səmərəliliyinin artırılması üçün davamlı işin vacibliyini vurğulayır.

Bu simpoziumun hədəflərindən biri də həmin müəlliflərin xüsusiyyətlərini, onların fərqli elmi-mədəni baxışlarını, İslam və mədəniyyət sahələrində elmi, akademik və mədəni səviyyələrdə buraxdıqları metodoloji təsirləri araşdırmaq və üzə çıxarmaqdır.

4308143

captcha