“İQNA”-nın məlumatına görə, “Suməriyyə Nyuz”un yazdığına əsasən, Ayətullah Sistaninin dəftərxanasının bəyanatında belə deyilir:
“Mərhum Ayətullah Seyid Mirzə Həsənin qızı mərhum Ayətullahul-uzma Seyid Məhəmmədhəsən Şirazinin (Mücəddid Şirazi) nəvəsi, ali mərcə Ayətullah Seyid Əli Hüseyni Sistaninin həyat yoldaşı xanım Ələviyyə, Nəcəf-əşrəfdə Allahın rəhmətinə qovuşdu”.
Onun cənazəsi Rəbiüs-sani ayının 6-sı, bazar ertəsi günü səhər saat 9-da Şeyx Tusi məscidindən vida mərasimi ilə dəfn ediləcək.
Həmçinin mərhumənin ruhunun şadlığı üçün Fatihə məclisi bazar ertəsi və çərşənbə axşamı günləri məğrib və işa namazlarından sonra Xızır məscidində keçiriləcək.
4307663