“İQNA”-nın Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi xəbərə görə, Klaviness Norveçdə bir radio proqramında deyib: “Biz hazırda İsrailə qarşı sanksiya tətbiqi üzərində işləyirik və hesab edirik ki, bu rejim buna layiqdir. Məsələ qaydalara əməl olunması ilə bağlıdır”.
O, Norveçin təkbaşına hərəkət etməyəcəyini bildirərək əlavə edib: “Əgər biz müstəqil şəkildə sanksiya tətbiq etsək, bunun yeganə nəticəsi İsrailin bizim yerimizə dünya çempionatına getməsi olacaq”.
Norveç Futbol Federasiyasının prezidenti həmçinin vurğulayıb: “Şəxsi fikrimcə, əgər Rusiya yarışlardan kənarlaşdırılıbsa, İsrail də kənarlaşdırılmalıdır”.
Proqrama əsasən, Norveç milli komandası 11 oktyabr tarixində dünya çempionatının seçmə mərhələsi çərçivəsində sionist rejimlə qarşılaşacaq. Bu görüş Norveçin gələn il ABŞ, Kanada və Meksikada keçiriləcək yarışlara birbaşa vəsiqə qazanmasında həlledici ola bilər.
Bu hadisələr UEFA-nın bu həftə İsrailin mümkün dayandırılması barədə qərar vermək istədiyi bir vaxtda baş verir. Bundan əvvəl BMT-nin Araşdırma Komissiyası hesabatında İsraili Qəzza müharibəsində “soyqırımı törətməkdə” ittiham etmişdi; bu isə həmin rejimin beynəlxalq idman arenasından kənarlaşdırılması üçün təzyiqləri artırıb.
4308024