IQNA

Quran bilgiləri / 9

Quranın bitkilər haqqında möcüzəsi

23:57 - December 10, 2022
Xəbər sayı: 3493393
Quranda istifadə olunan elmi təbirlər göstərir ki, müasir alimlərin sübut etdiyi kiçmi, yerdəki bitkilərin udduqları karbonun nisbəti ilə buraxdıqları oksigenin miqdarı arasında tarazlıq var.

Bir ərəb tədqiqatçısı Hüseyn Fazil Əl-Həlu, "Botanikada Quranın möcüzəsi" adlı bir yazısında bitkilərin böyüməsi ilə əlaqədar müasir elmin Quran ayələrinin uyğunlaşmasının dəlillərini açıqlayıb. Bu yazıda "Ənam" surəsinin 99-cu ayəsinə toxunulub ki, buyurur: "Göydən su (yağış) endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. (Biz, həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. (Onlardan hər birinin) bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda (Allahın Öz qüdrəti ilə yaratdığı bu şeylərdə) iman gətirən bir camaat üçün (Rəbbinizin varlığını sübut edən) dəlillər vardır".

Suyun bütün bitkilərin əsas maddəsi olması heyrətləndiricidir. Yağış yerə düşəndə ​​torpaqla qarışır. Su və torpaq hissəcikləri arasında cazibə (cəzb edən) və dafiə (uzaqlaşdıran) qüvvələr yaranır. Nəticədə torpağın həcmi artır. Bu qüvvələr torpaq hissəciklərini silkələyir və ölçüsünü artırırlar. Bu gün gördüyümüz elmi bir reallıqdır; Ancaq Quranın nazil olması zamanı heç kim bunun fərqində deyildi.

Quran buyurur: "(Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar (yaxud xəmir kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər" (Həcc / 5).

Quru ərazidə hərəkət ümumiyyətlə dayanmır, hətta torpaq hissəcikləri də hərəkət edir, lakin çox zəifdir. Su ölü və qurumuş torpağa düşərsə, torpaq uzun müddət içərisində onu saxlayar, bu da bitkilərin daimi qidalanmasına zəmanət verir.

Sözügedən ayə tam elmi baxımla cücərmə prosesi haqqında danışdı. Bu hərəkətlilik suyun torpağ düşməsi ilə başlayır. Su torpaq hissəcikləri ilə qarışır ki, bu hissəciklər daim titrəyirlər. Bu da torpağın həcmində artımla nəticələnir.

Torpağdakı toxumlar sonra suyu udur, inkişaf edir və cücərmə prosesi başlayır. Bu, Quranın əzəmətindəndəndir ki, bütün bu mərhələləri üç sözdə xülasələşdirir: "O, hərəkətə (cana) gəlib qabarar (yaxud xəmir kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər".

captcha