IQNA

Quran bilgiləri / 2

Qurana görə ürəyin funksiyası

11:06 - November 09, 2022
Xəbər sayı: 3493233
Bu gün alimlər belə qənaətə gəliblər ki, qəlb düşünür, əmr edir və dərk edir. Bu, Qurani-Kərimin ayələrinə uyğun və İslam Peyğəmbərinin (s) möcüzəsidir.

"İQNA"-nın məlumatına görə, Qahirə Universitetinin Nevrologiya kafedrasının ustadı və mütəxəssis həkimi “Nəhi Əbu Kərişə” “Əl-Qəlb ləysə mücərrəd muzğa” (Ürək tək nasos edən orqan deyil) adlı qeyd dərc edib. Qurani-Kərimin ayələrinə və müasir alimlərin araşdırmalarına əsasən, ürəyin xüsusiyyətlərini vəsf etmişdir. onu sinədə qan dövranı funksiyasını yerinə yetirən bir orqandan üstün təsvir edir. Ürəyi duyğuların, hisslərin və düşüncələrin mərkəzi kimi tanıtdırır. Yəni onun insanın bütün iradi fəaliyyətlərinin mərkəzi olduğunu bildirir.

Bu qeydin hissələrini aşağıda oxuyuruq:

Allah Qurani-Kərimin Ənfal surəsinin 2-ci ayəsində buyurur: "Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər".

Bu ayədə ürəyin işindən bəhs edilir. Əlbəttə, alimlərin dediyi kimi deyil ki, ürək qanı nasos edən orqandır, duyğu və hisslərlə heç bir əlaqəsi yoxdur.

Allah "Rəd" surəsinin 28-ci ayəsində də belə buyurur: “Bilin ki, Allahı zikr etməklə qəlblər aramlıq tapar”.

Həmçinin "Həcc" surəsinin 53-cü ayəsində də buyurur: "(Allah ona görə belə edir ki) Şeytanın vəsvəsəsini qəlblərində mərəz (nifaq, şəkk mərəzi) və ürəkləri qatı (sərt) olanlar (müşriklər) üçün bir sınaq vasitəsi etsin. Şübhəsiz ki, zalımlar (münafiqlər, müşriklər və kafirlər) haqqdan uzaq bir nifaq içindədirlər (ixtilafdadırlar)".

Həmin "Həcc" surəsinin 54-cü ayəsində Allah belə buyurur: "Elm verilən kəslər də bilsinlər ki, haqq (Quran) sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər!".

Allah-taala buna əsasən, qəlbin işini müəyyən etmişdir. Qəlb aram olar, qəlb xəstə olar, qəlb təvazökar, qorxaq, daş və sərt olur.

Allah "Zumər" surəsinin 22 və 23-cü ayələrində buyurur: "Məgər Allahın köksünü (qəlbini) islam üçün açmaqla Rəbbindən nur üzərində olan kəs (qəlbi möhürlənmiş kimsə kimi ola bilərmi)?! [Və ya: Məgər Allahın köksünü (qəlbini) islam üçün açdığı kəs Rəbbindən bir nur üzərində deyilmi?!] Elə isə vay qəlbləri Allahın zikrinə (Qurana) qarşı sərt olanların halına! Onlar (haqq yoldan) açıq-aydın azmışlar. Allah sözün ən gözəlini (Quranı, ayələri) bir-birinə bənzər, təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan (Quranın təhdidlərindən) Rəbbindən qorxanların tükləri biz-biz olar. Allahın zikrindən (öyüd-nəsihətlərindən, vədlərindən) sonra ürəkləri yerinə gəlib qorxuları gedər. Bu (Quran) Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın (küfr edəcəyini əzəldən bildiyi üçün və onun iradəsinə uyğun olaraq) yoldan çıxartdığı kimsəyə isə heç bir yol göstərən olmaz!".

Yuxarıdakı ayələr də qəlbin yumşaq və sərt olmasına dəlildir. Bunlar ürəyin maddi xüsusiyyətləridir ki, bundan sonra da müzakirə edəcəyik. Biz qərb mediasında işıqlandırılan və dünyanın ixtisaslaşmış elmi jurnalları və qəzetlərində dərc olunan real hekayələri nəql edəcəyik.

captcha