IQNA

Quran məktəbi; “Tövbə” surəsində təfəkkür / 7

"Tövbə" surəsinin məqsədi ikiüzlülüyün aradan qaldırılmasıdır

11:21 - December 14, 2022
Xəbər sayı: 3493415
"Tövbə" surəsi nifaqı aradan qaldırmaq üçün nazil olmuşdur. Amma bu, təkcə münafiqləri yox etmək demək deyil, nifaqı aradan qaldırmağın bir yolu da onların tövbə etməsidir.

Tehran Universitetinin Quran və İtrət Tələbə Məktəbinin elmi heyətinin üzvü Hani Çitçianın “Surənin ümumi atmosferi ilə tanışlıq və ünvanların bəyanı” mövzusunda tədris etdiyi “Tövbə” surəsində tədəbbür ilə bağlı mülahizələr silsiləsinin yeddincisi keçirilib. Onun mətnini aşağıda oxuya bilərsiniz:

“Tövbə” surəsinin son hissəsi bu ayə ilə başlayır: “Ya Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! (Kafirləri qılıncla, münafiqləri isə dəlil-sübutla, sözlə məhv et!) Onlarla sərt davran! Onların məskəni Cəhənnəmdir. Ora nə pis yerdir!” (Toubə, 73).

Bu cihad yalnız kafirlərlə kifayət deyil. Əksinə, kafirlərlə və münafiqlərlə eyni vaxtda vuruşmalısınız. Quranda “Qital: Döyüşmək” deyil, “Cihad: Səylə vuruşmaq” deyilir. Çünki, əsasən, münafiqdə mövcud olan gizli təbəqələrə görə, münafiqlə döyüşmək asan deyil və çox mürəkkəb bir işdir. Belə demək mümkünsə, iki hissəli müharibə (ağır müharibə və yumşaq müharibə) lazımdır.

Bu surənin sonunda çox mühüm olan iki məsələ qeyd olunur; Biri odur ki, bu sərt və həyat üçün təhlükə yaradan hərəkətlər mühitində meydanda qalanlar həqiqi möminlərdir. 111-ci ayədə bunlardan bəhs edilir: "Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!".

Sonra möminlərin xüsusiyyətlərini belə təsvir edir: "(Onlar Allaha) tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar (və ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər), rüku və səcdə edənlər (namaz qılanlar), yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allahın hədlərini (halal-haramı) qoruyanlardır. (Ya Rəsulum!) Belə möminləri (Cənnətlə) müjdələ!" (112-ci ayə).

Münafiqlik etmək istəyənlər tövbə etmək istəyə bilərlər. Bu surənin sırf onları öldürmək üçün nazil olmadığını deməyimin səbəbi budur. Əsasən surə nifaqı aradan qaldırmaq üçün nazil olmuşdur. Münafiqliyi aradan qaldırmağın bir yolu insanların tövbə etməsidir. Surənin sonunda, surənin 122-ci ayəsində buyurur: "(Ehtiyac olmadıqda) möminlərin hamısı birdən (cihada, döyüşə) çıxmamalıdır. Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onu dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Ola bilsin ki, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!". Bu ayə, bu surənin çox önəmli bir ayəsidir. Surənin əvvəlində deyir ki, gedin döyüşün. Sonra da deyir, hamı gedib döyüşməsin! O, deyir ki, möminlərdən bəziləri gedib dini öyrənib tədqiqat aparsınlar.

Din müharibə üçün deyil, hidayət üçün gəlib

Əsasən, din döyüş üçün deyil, hidayət üçün gəldi. Dindarlıqda dərinə getməsək, hadisənin əsasından qafil olarıq. Sonuncu mətləb Peyğəmbər (s) haqqındadır ki, buyurur: “Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərə şəfqətli, mərhəmətlidir!” (ayə 128).

Bütün bu sözlər deyildi. Amma burada məsələ budur ki, sizin ayağınıza bir tikan batsa Peyğəmbər (s) narahat olar. Müharibədən, mübarizədən danışdıq, amma dinin biganə olduğunu düşünməyin. Bu yol sizin xilasınıza gedən yoldur. Din sizə əziyyət vermək üçün gəlməyib. Daha doğrusu, sizin ən kiçik çətinliyiniz Peyğəmbər (s) üçün çox çətindir, amma sizin səadət yolunuz bu yoldur.

captcha