IQNA

Quran məktəbi; Tövbə surəsində təfəkkür /5

İslamda mübarizənin əsası

10:50 - December 05, 2022
Xəbər sayı: 3493365
“Tövbə” surəsinin 29-cu ayədən başlayan bir hissəsində mübarizənin zəruriliyi qeyd olunur. Bu mübarizənin əsasını Allahın dininin hakim olmasını istəməyənləri müəyyənləşdirmək və onlarla mübarizə təşkil edir.

Tehran Universitetinin Quran və İtrət Tələbə Məktəbinin elmi heyətinin üzvü Hani Çitçianın “Surənin ümumi atmosferi ilə tanışlıq və ünvanların bəyanı” mövzusunda tədris etdiyi “Tövbə” surəsində tədəbbür ilə bağlı mülahizələr silsiləsinin beşincisi keçirilib. Onun mətnini aşağıda oxuya bilərsiniz:

Surənin 29-cu ayədən başlayan bir hissəsi xüsusi bir mövzudan bəhs edir ki, bu da çox mühümdür: "Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Peyğəmbərinin haram buyurduqlarını haram bilməyən və haqq dini (islamı) qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun" (Tövbə, 29(.

Bu ayə ona görə mühümdür ki, siz İslamın müşriklərə, yəni ateizm iddiasında olanlara qarşı mübarizə apardığını düşünə bilərsiniz. bu ayə Peyğəmbərə və möminlərə açıq şəkildə bildirir ki, Allaha və axirətə inanmayanlarla vuruşun. Allahın haram buyurduqlarını haram etməyən və haqq dinin hakim olmasını istəməyən şəxs, yeri gəlmişkən, o, həm də kitab əhlindəndir. Yəni döyüşmək istədiyiniz şəxs xristian, yəhudi və hətta müsəlman ola bilər. Çünki müsəlmanlar da “Utul-kitab”a daxildir.Yəni onlara da kitab verilib.

Buna əsasən, mübarizənin əsasını insanın zahiri yox, Allahın dininin hakim olmasını istəməyən şəxs təşkil edir. Bu məsələ çox əhəmiyyətlidir. Ona görə də Peyğəmbər (s) Romaya məktub yazdı. Çünki bunlar zahirən xristian olan hökumətlərdir, lakin onların əsası Allahın dininin hökm sürməməsidir. Buna görə də əsas əqidəsi bu olan hər hansı bir cərəyan, əhli kitabdan olsa belə, İslam ona qarşı mübarizə aparmağa borcludur.

Məsələnin mahiyyəti Allahın hökmranlığıdır. Bu əsasda namaz qılmaq və ya qılmamaq məsələ deyil. Sual budur ki, siz Allahın hakimlik etdiyini qəbul edirsiniz, ya yox? Allah möminlərə Allahdan başqa hökuməti hakim etmək istəyən şəxslə qarşı-qarşıya gəlmək missiyasını vermişdir. Bu ayədə də deyir ki, Allah sizin əlinizlə onlarla vuruşmaq istəyir. Bu döyüş qlobal və geniş yayılmış döyüşdür.

Allah buyurur: "Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəbblər) qəbul etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pakdır, müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur! (Allah müşriklərin Ona şərik qoşduqları bütlərdən uzaqdır!)" (Tövbə, 31). “Əhbar” idarəçiliyi olan din xadimləri və “rahiblər” zahidlik edənlərdir. Yəhudilər üçün “əhbar”, xristianlıq üçün “rahiblər” deyirlər. O, deyir ki, "əhbar" ya "rahib" olub, cəmiyyətin din xadimi hesab olunan kəslər öz mənfəətlərini axtarırlar.

captcha