IQNA

Quran məktəbi; “Tövbə” surəsində təfəkkür / 12

Dindarlıq yolunun sıxıntılarına dözə bilməyənlər

15:51 - December 31, 2022
Xəbər sayı: 3493495
İslam ümmətinin bütün problemlərinin kökündə duran üç qrup var. Bu qruplardan biri də düzümsüzlüklə İslam cəmiyyətinin səylərinə qoşulmamağa çalışan insanlardır.

Tehran Universitetinin Quran və İtrət Tələbə Məktəbinin elmi heyətinin üzvü Hani Çitçianın “İctimai xəstəlikləri bilmək və onlarla mübarizə aparmaq” mövzusunda “Tövbə” surəsində tədəbbür ilə bağlı mülahizələr silsiləsinin on ikincisi keçirilib. Onun mətnini aşağıda oxuya bilərsiniz:

İslam ümmətinin bütün problemlərinin kökü olan üç qrup vardır. Şəxsi mənafelərə üstünlük vermək, təfəkkürsüz zahirə baxmaq və ikiüzlülük bizi bu üç qrupla tanış edən üç xüsusiyyətdir. Onların hər biri ilə rəftar tərzi fərqlidir.

İlk itaətsizlik edən qrupa Tövbə surəsinin 42-ci ayəsində toxunulur: "Əgər o (dəvət olunduqları yürüş), asan əldə edilən mənfəət (dünya malı, yaxud qənimət) və orta (mənzilli) bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin yorucu (məşəqqətli) məsafə (Təbuk səfəri) onlara uzaq gəldi. Bununla belə, onlar əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq, -deyə Allaha and içəcəklər. Onlar (yalandan Allaha and içməklə) özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir". Əgər cihad və səy asan olsaydı, hamı ardınca gedər, lakin çətin olduğu üçün bəhanə gətirirlər. Bir halda ki, bu işlə özlərini həlakətə atırlar.

"Tövbə" surəsinin 38-ci ayəsində oxuyuruq: "Ey iman gətirənlər! Sizə nə oldu ki, Allah yolunda döyüşə çıxın!- deyildikdə yerə yapışıb qaldınız. Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki dünya malı axirət yanında (axirətlə müqayisədə) yalnız cüzi bir şeydir!". Bu ayə həmin zərərlərdən bəhs edir ki, əgər cəmiyyətin üzvlərində varsa, bu xəstəliklərə şərait yaranacaq.

"Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində səndən izin istəməzlər (o saat cihada çıxarlar)" (Tövbə, 44-cü ayə). Cihad üçün izn istəyənin imanı olmadığı aydın olur. Mömin olub, bacarmayanlar icazə istəməyə gəlmirlər, gözləri yaşla gəlib cihad edənlərin sırasına qoşulmaq istəyirlər.

Həqiqi mömin olan da, olmayan da burada tanınır. Əgər kimsə mömindirsə, Allahın əmrini yerinə yetirmək onun üçün əhəmiyyətli olur və o, fürsətlərini Allahın əmrini yerinə yetirməyə sərf edir. Mömin heç vaxt bir işi edə bilmədiyini bəhanə gətirməz, lakin onu əldə etməyə çalışar.

49-cu ayədə başqa bir qrup təqdim edilir: “Onlardan (münafiqlərdən) Mənə (döyüşə getməməyə) izin ver, məni fitnəyə salma! -deyənlər də var. Bilin ki, onlar (özləri) fitnəyə düşmüşlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir!”. Onların bir qrupu möhkəm durur və bu mübarizəyə qoşulmamaq üçün səbirsizliklərini bildirirlər. Onlar özlərini problemə salırlar.

"Könüllü surətdə (bollu) sədəqə verən möminlərə tənə edənləri və güc-bəla ilə əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları Allah Özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar!" (79-cu ayə). Onları təhqir edir, sədəqələrinə görə qınayırlar, amma versən, səsləri çıxmaz, mənafelərini təmin etsən, ağızları bağlanar.

4093978

captcha