IQNA

Kərbəlada livanlı müəllimlər üçün Quran hazırlığı kursu keçirilib

23:42 - January 01, 2023
Xəbər sayı: 3493504
İmam Hüseynin (ə) hərəmi livanlı Quran müəllimləri üçün beş günlük təlim kursu keçirib.

"İQNA", İmam Hüseynin (ə) hərəminin xəbər bürosuna istinadən bildirir ki, bu hərəmin beynəlxalq Quran təbliğat mərkəzi Kərbəla şəhərində, xüsusən də bu mərkəzin Livandakı filialının Quran müəllimlərinin heyəti üçün Quran təhsilinin altıncı təkmilləşdirmə kursunu keçirib.

Beynəlxalq Quran Təbliğat Mərkəzinin rəhbəri Müntəzir Əl-Mənsuri deyir: "Bu mərkəzin müxtəlif ölkələrdəki filiallarının müəllimlərinin səviyyəsini yüksəltmək planına uyğun olaraq, İmam Hüseynin (ə) hərəmi Quran müəllimləri üçün altıncı kursu keçirib".

O əlavə edib: "Bu kurs Livanın cənubundakı səkkiz kənddə İmam Hüseynin (ə) hərəminin Quran Təbliğ Mərkəzinin nümayəndələri olan 20 qadın müəllim və 20 kişi müəllimin iştirakı ilə başlayıb".

Əl-Mənsuri bildirib: "Bu kurs beş gün ərzində İmam Hüseynin (ə) hərəminin Seyyidüş-Şühəda mərkəzində səhər və axşam iki növbə ilə keçirilir".

4111177

captcha