IQNA

Pakistanın Pəncab əyalətinin orta məktəblərində Quranın tədrisi icbari edilib

23:45 - January 01, 2023
Xəbər sayı: 3493505
Pəncab Təhsil İdarəsi məlumat yayıb ki, orta məktəbdə ibtidai dərsdən əlavə Quranın icbari fənn kimi tədrisi də tələb olunur.

"İQNA", "Dawn"-a istinadən xəbər verir ki, Pəncab Təhsil İdarəsi məktəblərin bütün şöbə, rayon və icraçı direktorlarına Qurani-Kərimi ibtidai sinifdən ali orta məktəbə qədər məcburi fənn kimi öyrətməyi tapşırıb.

Bu barədə Pəncab əyalətinin İctimai Təlim Departamenti Rəna Əbdül-Qəyyum Xan məlumat verib. Bu elanda bildirilir ki, artıq bütün dövlət və özəl məktəblərdə (ibtidai səviyyədə) Quranın tədrisi icbari fənn edilib. İndi Pəncab Dərsliklər Şurası bu müqəddəs kitabın tədrisi ilə bağlı bir iş planı hazırlayıb.

Həmçinin, bütün şöbə müdirlərinə tapşırılıb ki, bu dərsin məktəblərdə tədris və təlim prosesinə nəzarət etsinlər və hər ayın 5-də mütəmadi olaraq müdirliyə hesabat versinlər.

4111187

captcha