IQNA

Əbdül-Basitin oğlu vəfat edib

12:24 - January 10, 2023
Xəbər sayı: 3493544
Misirin məşhur qarisi Ustad Əbdül-Basit Əbdüs-Səmədin oğlu Xalid Əbdül-Basit Əbdüs-Səməd dünən, yanvarın 9-da xəstəlikdən dünyasını dəyişib.

"İQNA", "Əl-Yəvmus-Sabi"-ə istinadən xəbər verir ki, Xalid Əbdül-Basit Əbdüs-Səməd dünən vəfat edib və cənazəsi bu gün Əl-Bəsatin bölgəsindəki Əbdül-Basit ailə qəbiristanlığında dəfn ediləcək.

Xalid Əbdül-Basit son zamanlar şəkər xəstəliyindən çox əziyyət çəkirdi. Dünən səhər saatlarında bu xəstəlik və ağrı daha da gücləndi və nəhayət komaya düşdü. Diabetik komadan sonra dünyasını dəyişdi.

Bu gün, çərşənbə axşamı, yanvarın 10-də onun dəfn mərasimi Misirin Giza vilayətinin Əl-Muhəndsin rayonundakı Əl-Həmdiyə Əl-Şazliyə məscidində böyük qiraətçilərin iştirakı ilə keçiriləcək.

Misirin Quran Radiosu Əbdul-Basitin oğlunun vəfatı münasibətilə başsağlığı mesajı yayıb: "Qahirədən Misir Radiosu, Ustad Xalid Əbdül-Basit Əbdüs-Səmədin vəfatı ilə əlaqədar Şeyx Əbdül-Basit Əbdüs-Səmədin ailəsinə dərin hüznlə başsağlığı verir. Uca Allahdan mərhuma rəhmət, cənnətdə əmin-amanlıq, ailəsi və yaxınlarına isə səbir və dözüm diləyir".

Misir Quran Hafizləri və Qariləri Birliyi də Əbdül-Basitin oğlunun vəfatı ilə bağlı bəyanat yayaraq elan edib: "Mərhum Şeyx Əbdül-Basit Əbdüs-Səmədin ailəsinə, o cümlədən Şeyx Tarik Əbdül-Basit Əbdüs-Səməd və Yasirə qardaşları Xalid Əbdül-Basit Əbdüs-Səmədin vəfatı ilə bağlı dərin hüznlə başsağlığı veririk".

4113530

captcha