"İQNA", xəbər verir ki, İran İslam Cümhuriyyətinin 39-cu Beynəlxalq Quran Müsabiqəsinin final mərhələsinin qadınlardan ibarət hissəsinin üçüncü günü, bu gün, fevralın 21-də İslam Cümhuriyyətinin himninin səsləndirilməsi və məna yönümlü fəxri qari Məryəm Səmainin qiraəti ilə başlayıb. Daha sonra İlham Qəffari və ərəb dilli aparıcı Əskər proqramı icra etməyə başladılar. Daha sonra isə önümüzdəki günlərin rutininə uyğun olaraq qadınlar bölməsində münsiflər heyətinin təqdimatını əks etdirən klip yayımlanıb.
Siyahıya və cədvələ uyğun olaraq müsabiqə omanlı hafizi Sara Xəlfanın ifası ilə başlayıb.
İkinci olaraq Quranın hifzi sahəsində Qanadan olan Əminə İbrahim yarışıb və münsiflər heyətinin suallarını cavablandırıb.
Daha sonra əl-cəzairli hafiz Nəsrin Xalidi yarışıb.
Qeyd edək ki, bu müsabiqənin final mərhələsi İran və digər 33 ölkədən 52 təmsilçinin iştirakı ilə qadın və kişi olmaqla iki bölmədə və təhqiq qiraəti, tərtil qiraəti və bütün Quranın hifzi sahələrində keçirilib. Bu yarışların ilkin mərhələləri virtual olaraq ötən aylarda 82 ölkədən nümayəndənin iştirakı ilə keçirilmişdi.
4123330